GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vergilər Nazirliyinin işçisi məhkəmə zalında qandallandı

Vergilər Nazirliyinin işçisi məhkəmə zalında qandallandı

Tarix: 27-09-2015, 16:10 Bölmə :Ölkə Baxış: 0
Vergilər Nazirliyinin işçisi məhkəmə zalında qandallandı

İki nəfərin ölümündə, iki nəfərin yaralanmasında təqsirli bilinən sürücüyə cəza verildi

İki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Əliağa Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, 20 avqust 2014-cü il tarixdə baş verib.

Əliağa Həsənovun idarə etdiyi “Toyota Camry” markalı nəqliyyat vasitəsi ilə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hərəkəti haqqında qaydanı pozub. O, sürdüyü avtomobili 1975-ci il təvəllüdlü, İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi “Vaz-21063” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Əliağa Həsənovun idarə etdiyi avtomobilində olan sərnişin, Bakı şəhər sakini Gülşən Şirəliyeva xəsarət alıb. İlham Azayevin sərnişini Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Xədicə Azayeva, İsmayıllı rayon sakini, 1999-cu il təvəllüdlü Minay Azayeva Minay xəsarət alıblar. Hadisə nəticəsində İlham Azayev və onun sərnişini olan əmisi oğlu 1985-ci il təvəllüdlü Cavid Azayev ölüblər.

Bu əməlinə görə, Əliağa Həsənov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliağa Həsənov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və məhkəmə zalından həbs edilib.

Hökmdən narazı qalan Əliağa Həsənov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməasini istəyib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətinə hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Əliağa Həsənov elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərib ki, o 2014-cü ilin yanvar ayının 4-dən Vergilər Nazirliyində ştatdan kənar sürücü vəzifəsində işləyib və nazirliyin balansında olan Toyota Camry markalı, 10-AS-966 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edib: “20 avqust 2014-cü il tarixdə, səhər saatlarında Vergilər Nazirliyində idarə rəisi vəzifəsində işləyən Müsavər Nəbiyevin qızı Gülşən Şirəliyeva və onun azyaşlı qızı Leyla Şirəliyevanı Bakı şəhərinə gətirmək üçün Qəbələ rayonunun Mıxlıqovaq kəndinə getdim. Gülşən Şirəliyeva və onun azyaşlı qızı Leyla Şirəliyevanı götürdükdən sonra Qəbələ

rayonundan Bakı şəhərinə qayıdarkən İsmayıllı rayonunun Topçu kəndi ərazisində 80-90 km/saat sürətlə hərəkətdə olduğum zaman qarşıdan gələn “Vaz-2106”

markalı avtomobillə toqquşdum. Toqquşmadan sonra özümdə olmadım. Bir də xəstəxanada özümə gəldim. Özümə gələndən sonra toqquşma nəticəsində “Vaz-2106” markalı maşında olan şəxslərdən iki nəfərinin həlak olmasından, həmçinin idarə etdiyim Toyota Camry markalı avtomobildə və “Vaz-2106” markalı maşında olan şəxslərin xəsarət almalarından xəbər tutdum. Baş vermiş hadisədən çox məyus oldumm, hadisədə ölənlərin ruhu qarşısında baş əyirəm, Allahdan rəhmət diləyirəm, onların varislərindən və sağ qalan şəxslərdən dönə-dönə üzr istəyirəm. Hadisəni qəsdən törətməmişəm. Dünyasını dəyişən zərəçəkmiş şəxslərin varisləri və sağ qalan zərəçəkmiş şəxslər böyük insanpərvərlik göstərərək mənimlə barışıblar, məndən heç bir şikayət və tələbləri yoxdur. Eyni zamanda, bütün zərərçəkmiş şəxslərə vurduğum ziyan ödənilib. Odur ki, apelyasiya şikayətimin təmin edilməsi, mənə təyin olunmuş cəzanın azaldılması və cəzasının məntəqə tipli müəssisəsində çəkilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm”.

Təqsirləndirilən şəxsin vəkili Dəyanət Mustafayev bildirib ki, bu cinayət əməlindən sonra təqsirləndirilən Əliağa Həsənov baş vermiş hadisədən kədərləndiyini və peşmançılığını bildirib: “Bundan başqa, Əliağa Həsənov yaşayış yeri və iş yerindən müsbət xarakterizə olunub. Qeyd olunan bu hallar məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzanı yüngülləşdirən hal kimi qəbul edilib.. Şəki Ağır Cinayətlər Məhkəməsi və cinayət təqibini aparan istintaq orqanı işin hallarını hərtərəfli araşdırmadan Əliağa Həsənovu təqsirli hesab edib və nəticədə onun barəsində əsassız hökm çıxarılıb. Məhkəmə gedişatında zərəçəkmiş şəxslər və onların hüquqi varisləri tərəfindən irəli sürülən mülki iddia tələbi təqsirləndirilən şəxs tərəfindən ödənilib. Hal-hazırda zərərçəkənlərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu hal Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, cəzanı yüngülləşdirən hallar sayılır. Buna görə də, göstərilənləri nəzərə alaraq, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündə dəyişiklik edərək, Əliağa Həsənova aşağı həddə cəza verilməli və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir”.

Dövlət ittihаmçısı Rəhim Xudiyev müdafiə tərəfinin аpelyаsiyа şikayətinin təmin edilməməsini və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edib. Zərərçəkənlər də məhkəmə çıxışı zamanı təqsirləndirilən şəxslərdən şikayətçi olmadıqlarını bildiriblər.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, Əliağa Həsənovun barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Əliağa Həsənovun cəzası 6 ilə endirilib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İsmayıllıda ağır yol qəzası baş verib: 3 yaralı, 7 ölü, - YENİLƏNİB

    İsmayıllıda ağır yol qəzası baş verib: 3 yaralı, ...

    27-09-2017, 10:00

  • 
  • Şamaxıda zəncirvari yol qəzası: 3 yaralı

    Şamaxıda zəncirvari yol qəzası: 3 yaralı ...

    16-06-2017, 14:22

  • 
  • Polislər qəzaya düşdü: 5 yaralı

    Polislər qəzaya düşdü: 5 yaralı ...

    9-03-2015, 22:11

  • 
  • Azərbaycanda ölümlə nəticələnən yol qəzası

    Azərbaycanda ölümlə nəticələnən yol qəzası ...

    28-09-2015, 22:29

  • 
  • Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub

    Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən yol ...

    24-03-2018, 10:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu