GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Hər bir gün müharibə başlaya bilər

“Hər bir gün müharibə başlaya bilər

Tarix: 27-09-2015, 16:18 Bölmə :Ölkə Baxış: 0
“Hər bir gün müharibə başlaya bilər

Azad İsazadə: “ordumuz nə qədər zəfər çalsa da, hərbi-diplomatik təzyiq altına düşə bilərik”

Son günlər Azərbaycan-Ermənistan cəbhə zolağında gərginlik müşahidə olunur. Qeyri rəsmi olaraq müharibənin başlaya biləcəyi, qısa müddətə hərbi əməliyyatların keçiriləcəyi barədə şayiələr yayılıb. Son günlər mülki əhalinin də hərbi təlimlərə cəlb edilməsi şayiələrin bir qədər də güclənməsinə səbəb olub. Cəbhədə vəziyyət, regionda hərbi durum və digər məsələlər haqqında hərbçi ekspert Azad İsazadə fikirlərini açıqlayıb.

- Azad müəllim, son aylar cəbhədə atəşkəs rejimi daima pozulur. Dünən rejim 125 dəfə pozulub. Bu durumu necə qiymətləndirirsiniz?

- Birincisi, cəbhədə vəziyyət ötən il iyulundan başlayaraq kəskinləşib. Faktiki bir ildən çoxdur ki, cəbhədə mövcud olan bu vəziyyət səngimir. Arada səngisə də, sonradan əvvəlki duruma gəlir. Ancaq əvvəlki illərlə müqayisədə son illər cəbhədə vəziyyət bir qədər qaynar keçib. Elə bir gün olmayıb ki, cəbhə zonasında vəziyyət sakitləşsin, silah açılmasın. Və bu vəziyyətə uyğun olaraq Azərbaycanda hansısa tədbirləri görməli idi. Çünki son bir ildə vəziyyət müharibə, yoxsa sülh arasında qalıb. Birdə yaddan çıxarmayaq ki, Ermənistan işğal edilən torpaqlarımız da periodik təlimlər keçirir. Eləcədə Rusiya ilə birlikdə öz ərazilərində hərbi təlimlər təşkil edib. Bizdə yaxşı anlayırıq ki, hərbi təlimlər yalnız dərs deyil, həm də qonşu ölkələrə təzyiq, güc nümayişidir. Bu baxımdan Azərbaycanda cavab addımları atmalı idi və atıb.

- Sentyabrın 6-13-də Azərbaycanda ilk dəfə hərbi xidmətini illər əvvəl başa vuran mülki şəxslərində iştirakı ilə geniş masştablı hərbi təlimlər keçirilib. Bunu necə şərh etmək olar?

- Qeyd edim ki, bu çox müsbət haldır. Bildiyim qədər bu xarakterli təlimlər Azərbaycanda ilk dəfə idi ki, reallaşdırıldı. Belə tipli təlimlər fikrimcə, tez-tez olmalıdır. Ola bilsin ki, təlimlər bu miqyasda olmasın. Amma biz indi mülki həyata qayıdan keçmiş zabitləri, hərbi qulluqçuları, əsgərləri periodik olaraq təlimlərə cəlb etməliyik. Söhbət mülki əhali arasında yaşayan vətəndaşların təlimlərə cəlb olunmasından gedir. Nəzərə alın ki, bu xarakterli təlimlərdə onlar hərbi sahədə son yeniliklərlə tanış olurlar. Məncə, bu vacibdir. Odur ki, bu tip təlimlər hətta mümkündür ki, regionlar üzrə tez-tez və kiçik masştabda keçirilsin. Mən bunu vacib sayıram.

Xüsusilə, cəbhə bölgəsinə yaxın rayonlarda mülki əhali bu təlimlərə cəlb edilməlidir. Bu baxımdan bir neçə gün əvvəl baş tutan təlimləri müsbət hesab edirəm.

- Bu təlimlərin hansı nəticəsi olur?

- Birincisi, on il əvvəl hərbi xidmətdə olan insan yenidən hərbi formanı geyinir və müharibə ab-havasını hiss edir. Bu istər-istəməz həm də psixoloji təsirdir. O cümlədən ətrafda olan mülki əhaliyə də təsir göstərir. Biz bəzən yaddan çıxarırıq ki, müharibə gedir, torpaqlarımız işğal edilib. Haradasa mülki əhalini hərbi vəziyyətə uyğunlaşdırmaq lazım gəlir. İkincisi, belə təlimlər mülki əhali ilə də olmalıdır. Cəbhəyə yaxın ərazilərdə yerləşən və yaşayan insanlarımız bilməlidir ki, atəş başlasa neyləməlidir, konkret hansı sənədləri özü ilə götürməlidir, hansı ərzaqları hazırlamalıdır və s. Söhbət cəbhəyə yaxın rayonlardan gedir. Çünki orda hər an vəziyyət dəyişə bilər və yerli əhali ilə belə təlimləri mütəmadi keçirmək lazımdır. İkincisi, biz nəzərə almalıyıq ki, hərbi sahə daima inkişafdadır. Yəni silah-sursatdan istifadə qaydaları və normaları var. Hərbi xidmətdə olan keçmiş əsgərlərdə silahdan istifadəni yadırğamamalıdır. Bu baxımdan da, belə təlimlərin mühüm əhəmiyyəti var.

- Sizə elə gəlmirmi ki, son illər Azərbaycan Ordusu mütəmadi olaraq hərbi təlimlər həyata keçirir?

- Sözsüz ki, siz haqlısınız. Son illər Azərbaycan Ordusunun hərbi təlimləri intensivləşib və bu proses hazırda da davam edir. Ancaq hesab edirəm ki, bu proses bir qədər əvvəl başlamalı idi.

- Azərbaycan Ordusunun son illər Türkiyə ordusu ilə birgə təlimlərə cəlb edilməsinin hansı əhəmiyyəti var?

- Mən müsahibənin əvvəlində qeyd etdim ki, Ermənistan öz ərazisində Rusiya ordusu ilə birgə təlimlər həyata keçirir. Hər bir təlim ilk növbədə hərbi-siyasi siqnal, mesaj və təzyiqdir. Sözsüz ki, Azərbaycan ordusu da Türkiyə ordusu ilə birgə hərbi təlimlər həyata keçirib. Və faktiki mesaj göndərib ki, bu iki ordu hər an bir-birinə hərbi kömək göstərməyə tam hazırdır. İkincisi, ümumiyyətlə xarici ölkələrin ordusu ilə birgə hərbi təlimlər keçirmək həm də yeni təcrübədir. Bu zaman təzə texnikanı görürük, bu texnikanın bizim hərbi texnika ilə birgə fəaliyyət göstərəndə uyğunluğu və ya uyğunsuzluğu ortaya çıxarırıq. Beləcə cürbəcür yeni hərbi biliklərə nail oluruq. O baxımdan birgə təlimlər hərbi təhsil kimi müsbətdir. Lakin ilk əhəmiyyəti bunun hərbi-siyasi

xarakterdə olması, əzələ nümayişi mesajının verilməsidir. Üçüncüsü, biz nəzərə almalıyıq ki, Türkiyə ordusu həm də NATO-nun ən stabil və daima hərəkətdə olan ordusu hesab olunur. Xarici ordularla birgə təlimlər müsbətdir. NATO-ya üzv olan dövlətin iştirakı ilə birgə təlim isə daha mühümdür. Bu həm də NATO standartları ilə tanış olmaq, onu öyrənmək mənasını verir.

- Çex Respublikasının prezidenti Azərbaycanda səfərdə olub və səfər zamanı hərbi əməkdaşlığa dair razılaşmanın əldə olunduğu haqda informasiyalar var. Mütəxəssis olaraq bu ölkə ilə hərbi əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Çexiya ölkə kimi böyük olmasa da, bu dövlətin hərbi sənaye kompleksi dünyada məşhurdur. Başqa sözlə, Çexiya dünyada məşhur islah istehsalçısıdır. Çexiya iki dünya müharibə arasında yaratdığı hərbi sənaye kompleksi məşhur idi. Hətta faşist Almaniyası məhz Çexiya tanklarından istifadə edərək Moskvaya hücum edirdi. Bundan başqa, Çexiyanın istehsal etdiyi toplardan dünya müharibəsindən geniş istifadə edirdi. Yeri gəlmişkən, məhz Çexiya avtomatının üzərində məhz İsrailin “Uzi” markalı məşhur avtomatı yaradıldı. Odur ki, Çexiya ilə belə bir əməkdaşlıq Azərbaycana xeyir gətirə bilər. Mən xüsusilə vurğulayım ki, sovetlər zamanı Çexiya ayrıca olaraq Kalaşnikov avtomatı istehsal edirdi. Və bu avtomat sovetlərin buraxdığı Kalaşnikov avtomatından quruluşuna görə bir qədər fərqlənirdi. Yəni demək istəyirəm ki, bu dövlət silah istehsalı, hərbi-sənaye kompleksinə görə, dünyada da məşhurdur.

- Hazırda regionda mövcud olan hərbi vəziyyəti necə şərh edirsiniz?

- Qısaca demək olar ki, 1994-cü ildən bu yana hər bir gün müharibə başlaya bilər. Düzdür, atəşkəs bağlanıb, lakin hər an döyüşlər başlaya bilər. Söhbət ondan gedir ki, bəzi məqamlarda bu döyüşlərin başlanması riski azalır və sıfıra bərabər olur. Bəzi məqamlarda isə riski çoxalırdı. İndi son illərdə ən yüksək riskli mərhələni yaşayırıq. Buna qədər ən riskli mərhələ Serj Sarkisiyan prezident seçilən zaman İrəvanda qarşıdurma başlayanda müşahidə olundu. Həmin qarşıdurmalar başlayan zaman Qarabağda ermənilər cəbhə zonasında təxribatlara başlamışdı. O dövrdə bu mərhələ 15-20 gün çəkdi. İndi isə faktiki olaraq bir ilə yaxındır ki, risk çoxalıb. Mən bu riski 60 faiz civarında qiymətləndirirəm.

- Bəzi deputatlar elan edirlər ki, Azərbaycan Ordusu cəbhədə hərbi əməliyyatlara başlaya bilər...

- Biz birmənalı olaraq başa düşməliyik ki, işğal altında olan torpaqlarımızı azad etmək üçün təkcə ordu bəs etmir. Azərbaycan Ordusu tapşırığı yerinə yetirməyə hazırdır. Söhbət hərbi əməliyyatlardan sonra siyasi məsələləri yoluna qoymaqdan gedə bilər. Söhbət Qərb və Rusiyadan gedir. Biz hərbi-siyasi, hərbi-diplomatiya baxımından hazırlıqlı olmalıyıq. Əks təqdirdə ordumuz nə qədər zəfər çalsa da, hərbi-diplomatik təzyiq altına düşə bilərik. Odur ki, bu işlər paralel formada aparılmalıdır. Ordunun güclənməsi ilə yanaşı Qərbdə və Moskvada diplomatik işlər aparılmalıdır ki, əməliyyatlara başlayanda xarici təzyiq altında qalmayaq. Yəni burada ordunun addımları bəllidir, ancaq diplomatiyada bu məsələdə son dərəcə əhəmiyyətlidir.

- Regionda Azərbaycan Ordusunun qüdrətini necə qiymətləndirmək olar?

- Burada söhbət mənim qiymətləndirməmdən gedə bilməz. Beynəlxalq reytinq agentliklərinin son məlumatına görə, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclüsüdür. Regionu götürəndə biz ordumuzu Türkiyə, Rusiya və İranla müqayisə etməməliyik. Amma bizə bu ölkələrlə hansısa problemi həll etmək də lazım deyil. Hazırda bizim bir nömrəli problemimiz var-Dağlıq Qarabağı Ermənistan ordusundan xilas etmək. Bunu da, Azərbaycan ordusu texniki və hərbi baxımından çox rahatlıqla həll edə bilər.

- Yəni ordunun təminatı buna imkan verir...

- Ordunun təminatı heç vaxt kifayət qədər olmur. Sözsüz ki, hər zaman nəsə çatışmır. Söhbət bütün ordulardan gedir. Nəzərə alın ki, ordu heç nə istehsal etmir, ancaq yeyir. Nə qədər çox versən, o qədər də çox istifadə edəcək. Bu baxımdan ordular heç vaxt nəyəsə bəsdir demir. Amma uğurlu əməliyyat keçirmək üçün Azərbaycan ordusunun təminatı kifayət qədərdir.

- İndi regionda müharibə təhlükəsi varmı?

-Döyüşlərin başlaması riski var, amma real bir şey yoxdur. Olacaqsa, ordumuz üzərinə düşəni edəcək.

Hüseyn ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə

    Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə ...

    22-06-2020, 11:00

  • 
  • Cəbhədə ən son vəziyyət

    Cəbhədə ən son vəziyyət ...

    21-10-2019, 10:17

  • 
  • Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə

    Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə ...

    13-09-2019, 10:15

  • 
  • Cəbhədə son vəziyyət: Tərtərdə şiddətli atışma

    Cəbhədə son vəziyyət: Tərtərdə şiddətli atışma ...

    5-08-2014, 21:55

  • 
  • Cəbhədə vəziyyət gərgin olaraq qalır

    Cəbhədə vəziyyət gərgin olaraq qalır ...

    25-01-2014, 10:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu