GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəlilabaddakı kompleks hansı yöndə fəaliyyət göstərir?

Cəlilabaddakı kompleks hansı yöndə fəaliyyət göstərir?

Tarix: 27-09-2015, 16:27 Bölmə :Ölkə Baxış: 0
Cəlilabaddakı kompleks hansı yöndə fəaliyyət göstərir?

Bu gün Cəlilabadın İdman Olimpiya Kompleksinə rəhbərlik edən Cavid Əsgərov, 2-ci qrup əlil olduğundan o, düz 15 il DSMF-nun yerli şöbəsindən təqaüd də alıb

Ölkəmizdə idmanın inkişafı ilə bağlı qəbul olunmuş qərarlar hələ bir neçə il bundan əvvəl icra olunmağa başlayarkən, hər kəsdə gələcəyə böyük ümid hissi yaranmışdı. Yəni, əksəriyyət belə bir düşüncəyə sahib idi ki, şəhər və rayonlarımızda inşa olunan olimpiya idman kompleksləri idmanla məşğul olan gənclərimizin ixtiyarına veriləcək.

Bu da bir həqiqətdir ki, hələ xalqımızın ulu öndəri, məhrum prezidentimiz Heydər Əliyev də, hakimiyyətdə olarkən ölkəmizdə idmanın inkişafına xüsusi önəm verirdi. Hakimiyyətdə ikən o, bu sahənin daha da inkişaf etdirilməsi, problemlərinin aradan qaldırılması üçün cənab İlham Əliyevi Milli Olimpiya Komitəsinə prezident də təyin etdi. Verilmiş qərardan sonra, sözün həqiqi mənasında Azərbaycan idmanının inkişafında dönüş nöqtəsinin əsası da qoyuldu. Göstərilən diqqət və qayğının nəticəsi olaraq, idmançılarımız müxtəlif yarışlarda iştirak edib üçrəngli bayrağımızı dəfələrlə göylərə də qaldırdılar. Son olaraq keçirilən Yay Olimpiya Oyunları və əldə olunan nəticələr, bir daha söylədiklərimizi tam təsdiq etməyə imkan verir.

Bəs bu gün nələr baş verir ki, əksər olimpiya idman kompleksləri geniş ictimaiyyətin qınadığı bir ünvana çerilib? Məsələn, bölgələrdə fəaliyyət göstərən bir neçə komplekslərin fəaliyyəti haqda məlumatları eşitdikcə, sanki dəhşətə də gəlirik. Çünki, həmin ünvanlar olimpiya idman kompleksləri kimi deyil, daha çox bazarxana olaraq fəaliyyət göstərməkdədirlər. Cəllilabad Olimpiya İdman Kompleksinin adı, bu sırada daha öndə gedən komplekslərdən biri olaraq hallanmaqdadır.

Bu kompleks haqda da onu deyə bilərik ki, bu gün Cavid Əsgərovun rəhbərlik etdiyi Cəllilabad Olimpiya İdman Kompleksi, sanki onun gəlir mənbəyinə çevrilib. Belə ki, kompleksin fəaliyyəti haqda məlumatları redaksiyamıza çatdıran etibarlı mənbə bildirir ki, rəhbərlik kompleksi sanki motelə çevirib və doğma dayısına da qeyri-adi səlahiyyət verib. Yəni, kompleksdə kim nədən istifadə edirsə mütləq ödəniş ödəməli olur və belə bir addımın müqabilində də, bir kimsəyə qəbz filan verilmir. Məsələn, kompleksin giriş darvazasından içəri keçmək iki manat, ştanq qaldırmaq bir manat, trinajor zalından istifadə edərkən isə, fərqli ödəniş ödəmək tələb olunur. Trinajor zalından toplanan pullara Oqtay adlı şəxs rəhbərlik edir ki, onun Cavid Əsgərovla sıx qohumluq əlaqəsinin olduğu da bildirilir.

Diqqəti bir məqama da yönəldək ki, idman olimpiya komplekslərinə rəhbərlik edən şəxslər idmançı olmalı olduğu halda, bu gün Cəlilabadın İdman Olimpiya Kompleksinə rəhbərlik edən Cavid Əsgərov, 2-ci qrup əlil olduğundan o, düz 15 il DSMF-nun yerli şöbəsindən təqaüd də alıb. Mənbə onu da bildirir ki, elə ki, o, kompleksə rəhbər təyin olundu, səhhətində əmələ gələn problemlər qəflətən aradan “qalxdı”, bir qədər də dəqiq desək “sapsağlam” bir şəxs oldu.

Kompleksin daha çox ictimai qınağa tuş gəlməsinə səbəb, qeyd olunan ünvanın əxlaqsızlıq ünvanı kimi də fəaliyyət göstərməsidir. Bu haqda da məlumatları redaksiyamıza çatdıran mənbə bildirir ki, rəhbərliyin kimlərəsə yaratmış olduğu şərait, qeyd olunan ünvana müxtəlif yaş həddində “xanım”ları gətirməyə imkan verir. Və kompleksə gətirilən “xanım”ların qiymət həddi

20-50 manat arası olur ki, bu da olduqca təəssüf hissi doğuran haldır. Çünki, olimpiya idman komplekslərinin fəaliyyətinə ictimai nəzarət olur, ortaya sakinlərin müəyyən etdiyi yanaşma da qoyulur. Bu belə olduğu halda, kompleksdə hər cür iyrənciliyə qol qoymaq nəinki ictimai qınaq yaradır, hətta nifrət hissinin də baş qaldırmasına səbəb olur.

Ümumiyyətlə, Cavid Əsgərovun rəhbərlik etdiyi Cəllilabad Olimpiya İdman Kompleksi, bugünkü fəaliyyətinə görə daha çox ictimai qınağa tuş gələn bir ünvana çevrilib. Buna səbəb, yuxarıda qeyd etdiyimiz kimi rəhbərliyin idmançı deyil, 2-ci qrup əlil olub, bu gün isə “sağalmasıdır”. Məlumatlı mənbə onu da vurğulayır ki, Əsgərov Cavid Həmidulla oğlunun belə bir addımlara qol qoymasına səbəb, onun bir çox vəzifə sahiblərinə arxayın olması, yaxud da qohumluq əlaqəsinin olmasıdır. Məsələn, mənbə bildirir ki, “o, Сəlilabad rayon Məhkəməsi sədrinin də qohumudur”. Hələ bunlar azmış kimi, onun ayrı-ayrı ünvanlarda danışması ki, “mən çoxsaylı qanunsuzluqlara qol qoyub gəlir əldə edirəmsə, demək əldə olunan gəliri heç də tək xərcləmirəm. Yəni, hər ay Azad Rəhimova çatası “toskı”nı ona çatdırıram. Yoxsa mən kim ixtiyar verər ki, kompleksin girişini çıxışını pullu edim”. Araşdırmalarımız davam edəcək.

Məqalədə sadalanan faktlarla bağlı Cavid Əsgərovdan münasibət öyrənmək istəyimiz baş tutmadığından, qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mətləb

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib

    İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin ...

    1-12-2016, 19:06

  • 
  • “Cəmi 10 şikayət var idi, onlar da tezliklə öz həllini tapdı” - Prezident

    “Cəmi 10 şikayət var idi, onlar da tezliklə öz ...

    24-12-2024, 16:27

  • 
  • İlham Əliyev: "İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır"

    İlham Əliyev: "İdman sahəsində buraxılan ...

    7-09-2021, 14:15

  • 
  • Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib

    Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz ...

    16-06-2015, 09:43

  • 
  • Prezident İlham Əliyevin iştirakı ilə ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilir

    Prezident İlham Əliyevin iştirakı ilə ilin idman ...

    18-12-2017, 11:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu