Cəbhənin Ağdam istiqamətində Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində bir nəfər mülki səxs həlak olub.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, həlak olan şəxs əslən Ağdamın işğal altındakı Muğanlı kəndindən olan 1976-cı il təvəllüdlü Bəhram Bağırovdur. Mərhum işğaldan sonra Ağdamın Baharlı qəsəbəsində məskunlaşmışdı. Düşmənin minaatandan istifadə etdiyi güman edilir.
Hazırda meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə aparılıb.
Sentyabrın 25-də isə Ermənistan hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb.
Müdafiə Nazirliyinin rəhbərliyi sentyabrın 26-da bəyanat yayaraq şəhidin yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyib. Bildiririb ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaq.
Silahlı Qüvvələrimizin bölmələrinin Ermənistan bölmələrinə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı onlara endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir.
Erməni mətbuatının məlumatına görə, ötən gün qoşunların təmas xəttində qeydə alınan qarşıdurma zamanı hərbi qulluqçular Norayr Xaçatryan (1995-ci il təvəllüdlü), Robert Mkrtçyan (1995), Arut Akopyan (1997) və Karen Şaginyan (1997) həlak olublar.
Son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 74 dəfə pozub
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir, qarşı tərəfin istənilən hərəkətinin qarşısı daha üstün silahlar tətbiq edilməklə qətiyyətlə alınır.
Müdafiə Nazirliyi bir daha bildirib ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?