Kinoya baxmaq üçün evinə getdiyi məktəb yoldaşının təcavüzünə uğrayan, şantajla başqa kişilərə satışa çıxarılan lisey şagirdi R.A, həm də "oğru" damğası yedi. Gənc qızın dramı polisə sığınınca ortaya çıxıb
Strategiya.az xəbər verir ki, kinoya baxmaq üçün evinə getdiyi məktəb yoldaşı Burhan A-nın təcavüzünə uğrayan və sonra çəkilən çılpaq fotoları ilə şantaja məruz qalıb başqa kişilərə də satışa çıxarılan lisey şagirdi R-nın həyatı qaralıb. Məktəbi ataraq marketdə işə başlayan qız, yenə də Burhan A-dan xilas ola bilməyib. İşlədiyi marketdən oğurladığı pulları Burhan A-ya verən qız haqqında oğurluqdan iddia açılıb. Yaşanan bütün dram R-nın polis bölməsində gözyaşları içində verdiyi ifadəsi ilə ortaya çıxıb. Məhkəmədə açılan iddiaya görə, lisey şagirdi R.A, kinoya baxmaq üçün eyni məktəbdən son sinifdəki Burhan A-nın evinə gedib. Burada qıza təcavüz edən Burhan çılpaq fotolarını da çəkib şantaj etməyə başlayıb. Şantaja məruz qalan qız, meşəlik sahədə və kimsəsiz bölgələrdə, Burhanın dostlarının da təcavüzünə uğrayıb.Əsəbləri pozulan və yaşadıqlarını qapıcılıq edən ailəsinə izah edə R, məktəbi atıb, Burhan A. ilə əlaqəsini kəsib bir marketdə işə başlayıb. Ancaq Burhan, qızın buraxmayıb. Şantaj və təhdidlərinə davam edən şübhəli, çalışdığı marketdən oğurluq etməyə məcbur olan qızdan müxtəlif tarixlərdə 5 min lirə pul alıb. Oğruluq ortaya çıxınca, Burhan A-nın istəklərinin də ardı arxasının kəsilməyəcəyini anlayan R, çarəni polisə gedib hər şeyi izah etməkdə tapıb. Gözyaşları içində başından keçənləri izah edən qız, Burhandan şikayətçi olub. Həbs olunan Burhan A. haqqında "uşağın cinsi istismarı və uşağa fahişəlik etdirmək" dən 48 ildən 85 ilə qədər həbs istəyilə, RA haqqında isə "oğurluq" günahından iddia açılıb. Qızının başına gələnləri bölmədə öyrənən ata gözyaşlarını tuta bilməyib. Oğurluq hadisəsi ortaya çıxdığında market sahiblərinin ona boş sənəd imzalatdığını da önə sürən ata Rəcəb A. "Sənətləri banka veriblər. Şikəst oğlumla məşğul olarkən indi qızımın başına gələnlərəmi yanım? Məhv oldum mən",- deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?