Türkiyədə iş adamlarının silah gücü ilə çılpaq fotolarını çəkib, təhdid edən cinayətkar dəstənin 4 üzvündən ikisi tanınmış model çıxıb. İstanbul və Adanada dəstə üzvü olan modellərlə zəngin iş adamlarını günlük tutduqları evlərdə nahar və yeməyə çağırıb, silah gücü ilə çılpaq fotolarını çəkərək şantaj edən bir cinayətkar qrupa qarşı İstanbul polisi tərəfindən əməliyyat təşkil edilib.
Həbs edilən iki modeldən birinin "The Queen of Eurasiya" Gözəllik Yarışının ilk türk qalibi olaraq tarixə düşən Sibel Demiralp olduğu məlum olub. Qeyd edək ki, Sibel Demiralp bu ilin mart ayında təşkil edilən "Fashion Week" həftəsinə hazırlanarkən infarkt keçirib. 3 iş adamının şikayətindən sonra dəstə üzvlərinin cinayətkar əməlinin üstü açılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?