Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 30-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində saat 11.00-dan vətəndaşları qəbul edəcək.
gundemxeber.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən qəbulda yalnız Yardımlı, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, Heydər Əliyev prospekti 255) 29 sentyabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?