"Ona baş beyin əzilməsi, boyundaxili hematoma diaqnozu qoyulub"
Bəzi KİV-lər Sabunçu rayonu 12-ci polis bölməsində Kəlbəcər köçkünü və şəhid ailəsinin üzvü olan bir nəfərin döyüldüyünü və xəstəxanada öldüyünü xəbər verirlər.
Sabunçu Rayon Xəstəxanasının travmatologiya şöbəsinin adını demək istəməyən əməkdaşı AzadlıqRadiisuna ötən şənbə günü Şaiq Sadıqov adlı bir nəfərin xəstəxanada əməliyyat olunduğunu, amma ertəsi gün keçindiyini bildirib.
Şöbədən verilən məlumata görə, həmin şəxsə baş beyin əzilməsi, boyundaxili hematoma diaqnozu qoyulub: "Anasının xəstəxanada dediyinə görə, onu Sabunçu rayonu 12-ci polis bölməsində döyüblər."
Sabunçu rayon 12-ci polis bölməsinin növbətçi hissəsindən kapitan Dadaşov AzadlıqRadiosuna bildirib ki, həqiqətən bölməyə bir nəfər çağrılıb (kapitan onun adının deyəsən Şaiq Sadıqov olduğunu dedi), dindirilib və qeydiyyata alınıb:
"Amma onu heç kəs döyməyib. Bura biz yüz adam çağırıb dindiririk. Adi qaydada evinə buraxılıb və sonradan qohumunun yanında qəflətən halı pisləşib, yəqin hansısa xəstəliyi olub, xəstəxanaya yerləşdirilib və orada vəfat edib".
Buna da bax: Pensiya yaşı artırıla bilər
Amma kapitan Dadaşov həmin şəxsin bölməyə hansı məsələ ilə bağlı çağrıldığından xəbərsiz olduğunu deyib.
Bir qədər sonra yenidən bölmə ilə əlaqə saxlamağımızı və bu barədə dəqiq məlumat verə biləcəyini deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?