Bu gün axşam saatlarında Xaçmaz rayonunda oğul atasına xəsarət yetirib.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz şəhər sakini 1954-cü il təvəllüdlü Nadirşah İbrahimov 1983-cü il təvəllüdlü Namiq İbrahimov tərəfindən döyülüb.
Yaxınlarının verdiyi məlumata görə, şəxsi münaqişə zəminində oğlu atasına armaturla zərbə vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən N.İbrahimov kəllə beyin travması, baş beynin əzilməsi, təpə nahiyəsinin əzilməsi diaqnozu qoyulub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?