Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
2005-ci il təvəllüdlü Şıxıyeva Nərgiz Firuz qızını avtomobil vurub. Xəsarət alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona sağ bud sümüyünün yerini dəyişməyən çəp sınığı, bədənin müxtəlif hissələrinin sıyrılması diaqnozu qoyulub, vəziyyəti normaldır. Faktla bağlı araşdırma aparılır./apa
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?