Rəşadət Əzizov rayonda çox tanınmış nəslin nümayəndəsidir, onun əmisi, professor Vəsadət Əzizov ötən çağırış Milli Məclisin deputatı olub
Masallıda bomba haqqında yalan məlumat verən şəxs tutulub. Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, fevralın 17-də saat 16.00 radələrində, Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng etmiş naməlum şəxs "Eşitmişəm Masallı Rayon Polis Şöbəsinə bomba qoyublar" deyərək telefonu qapayıb. Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb, təsdiqini tapmayıb. Araşdırmalar zamanı zəng edən şəxsin Masallı rayonunun Qızılavar kənd sakini Rəşadət Əzizov olması müəyyən edilib və o, saxlanılıb”. Saxlanılanın şəxsiyyəti haqda “Azadlıq” qəzeti maraqlı məlumatlar əldə edib. Bəlli olub ki, Rəşadət Əzizov rayonda çox tanınmış nəslin nümayəndəsidir. Onun əmisi, professor Vəsadət Əzizov ötən çağırış Milli Məclisin deputatı olub. Atası Əmanət Əzizov isə sonuncu konfransa qədər YAP-ın Masallı rayon təşkilatının sədri olub və ötn il müəmmalı şəkildə partlayan Masallı Telekommunikasiya Qovşağının müdiri işləyib, hazırda Lənkəran Telekommunikasiya Qovşağı müdirinin müavinidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?