Ötən gün Sumqayıtdakı "Cümə" məscidində dindarların Rüstəm İbrahimbəyovun prezident seçkilərində iştirakına qarşı toplantısı keçirilib. "Musavat.com"a istinadən məlumata görə, aksiya iştirakçıları bildiriblər ki, Rüstəm İbrahimbəyov donuz əti yediyini və bunda qəbahət görmədiyini deməklə dini dəyərləri təhqir edib. Dindarların sözlərinə görə, Rüstəm İbrahimbəyov milli-mənəvi dəyərlərdən uzaq adamdır.
Aksiyada Sumqayıtın İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da iştirak edib. O bildirib ki, prezident İlham Əliyev həmişə milli-mənəvi dəyərlərin keşiyində durub və bundan sonra da elə olacaq.
Sosial şəbəkələrdə dindarların toplantısının görüntüləri yayılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?