Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün 33 nəfərlik nümayəndə heyəti göndərəcək.
Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Nümayəndə heyətinin aprelin 10-da Bakıya gəlməsi gözlənilir. Qeyd edək ki, prezident seçkiləri aprelin 11-də keçiriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?