Əməkdar artist Kübra Əliyeva "ATV Maqazin" verilişinə açıqlama verib.
Bir neçə gün əvvəl oğlunu itirən aktrisa göz yaşlarını saxlaya bilməyib:
"Hər kəs bilir ki, mən onun üçün nə qədər əziyyət çəkib, nələr etmişəm. Allah balamı məhv edənlərin cəzasını versin. Allah heç bir anaya göstərməsin. Böyük dərddir. Analar oğul çiynində gedər. Ananın övladı yola salması çətindir. Balalarımın hamısına eyni tərbiyəni vermişəm. Dünyanı bürüyən dəhşətli xəstəlik... Narkotikdən sonra yaranan qaraciyər xəstəliyi onu bu hala saldı. Varımı-yoxumu Raufun yolunda qoydum. Dedim, qanını dəyişdirib, onu bu yoldan döndərəcəm. Üç-dörd gün əvvəl mənimlə danışmışdı. Deyirdi, "ana kaş ki, zamanı geri qaytaraydım". Çox peşman idi".
Xatırladaq ki, 5 il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən Rauf Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 46 yaşında həbsxanada dünyasını dəyişib.(axsam.az)
Sorğu
Yeni dizaynımız necədir?