Əməkdar artist Kübra Əliyevanın böyük oğlu Rauf Məmmədov dünyasını dəyişib.
Xəbəri Gecce.az-a təsdiqləyən Kübra xanım göz yaşı içində bunları danışıb:
"Rauf cəzaçəkmə məntəqəsinin xəstəxanasında yatırdı. Ciyərində xəstəliyi var idi. Həkimlər çox səy göstərdi, amma ağır vəziyyətdən xilas edə bilmədilər. Böyük oğlum idi, dayağım idi, getdi... Övlad dərdi mənə dağ çəkdi".
Xatırladaq ki, 5 il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən Rauf Məmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. R.Məmmədov Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunmuşdu.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?