Bu günlərdə xalq artisti İlhamə Quliyeva “10-lar” verilişində Moskva Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olduğu barədə açıqlama vermişdi. 72 yaşlı xalq artistinin açıqlaması isə çoxlarında böyük maraq oyatmışdı.
“Mən hazırda təhsil alıram, hüquqşünasam. Rusiyanın paytaxtında təhsilimi davam etdirirəm. Atam da zamanında prokuror olub. Mənim genimdə var. Nə istəyirəmsə, o işləri görürəm”.
Lent.az xalq artistinin MDU-dakı təhsiliylə maraqlanmaq üçün ali məktəbin mətbuat xidmətiylə əlaqə saxlayıb. "Mətbuat xidmətindən sorğunu cavablandırmaq üçün bizə İlhamə xanımın oxuduğu hüquq fakültəsiylə əlaqə saxlamağı məsləhət gördülər. Hüquq fakültəsinin mətbuat katibi Yevgeniya Kryukova isə açıqlamasında bildirdi ki, fakültədə İlhamə Quliyeva adlı tələbə oxumur. “Bizim fakültənin nə əyani, nə də qiyabi şöbəsində bu adda tələbə var”"-deyə sayt yazıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?