Redaksiyamıza müraciət edən Ucar rayonu M.Əliyev küçəsi ev 43-də yaşayan Şıxəliyev Samir Xalis oğlu “Azərsığorta”-nın Ucar filialının rəhbərliyindən giley edir. Narazı vətəndaş RegionXəbərləri.com-a yazır:
“”Azərsığorta”-nın Ucar filialının müdiri Oktay Hümmətov bizə düşəcək kompessasiyanı mənimsəyib və bizi süründürməçiliyə məruz qoyub.Belə ki, 04 sentyabr 2015-ci il tarixdə Respublika ərazisində baş vermiş zəlzələ nəticəsində Ucar rayonu M.Əliyev küçəsində yerləşən 3 otaqlı evimə ciddi zərər dəymiş, otaqların divarlarında böyük çatlar əmələ gəlmiş, evin tavanı əyilmiş, insan yaşayışı üçün ciddi təhlükə yaranmışdır ki, evimiz hər an uça bilər. Mən evimi 07..02.2015-ci il tarixdə “Azərsığorta” -nın Ucar filialında sığortalamışam və buna dair bir illik müqaviləmizdə var.”Azərsığorta” ilə aramızda bağlanmış sığorta müqaviləsində ki, şərtlərə əsasən evin zəlzələ nəticəsində zədələnməsi sığorta hadisəsi hesab olunur.Buna görə mən qanunu qaydada “Azərsığorta”-nın Ucar filialının müdiri Oktay Hümmətova müraciət etdim.O, isə mənə bildirdi ki,” müqavilədə yazılsada sənə kömək etməyə heç bir maddi imkanımız yoxdur, indiyə qədər görmüsən ki, sığorta şirkəti kiminsə evinə zəlzələyə görə sığorta pulu versin ? ” deyə mənə ironiya ilə cavab verdi”.
Daha sonra Ucar sakini RegionXəbərləri.com-a yazır: “Qeyd edim ki, “Azərsığorta”-nın Ucar filialının müdiri Oktay Hümmətov uzun müddətdir ki, burada saxtakarlıqla vətəndaşların haqqını mənimsəyib, özünə var-dövlət yığıb.Rayonda və Bakı şəhərində bir neçə yerdə evlər alıb, bahalı avtomobillərə sahib olub, əsil krallar kimi yaşayır.Ancaq mənim kimi qanunu haqqını tələb edən məzlum vətəndaşları süründürməçiliyə məruz qoyub.Himayəmdə iki azyaşlı uşağım var zəlzələ nəticəsində qəzalı vəziyyətdə olan evim hər an uça bilər ki, həyatımız ciddi təhlükə qarşısındadır, bunun isə məsuliyyəti korrupsiya əməlləri ilə məşğul olan “Azərsığorta”-nın Ucar filialının müdiri Oktay Hümmətovun üzərindədir. Bu adam saxtakarlıqla , qanunsuz əməllərlə məşğul olub insanları aldadıb haqqını mənimsəyir. Oktay Hümmmətovun fəaliyyətinın ciddi yoxlanılıb barəsində qanunu tədbirlər görülməsinə zərurət var.Belə olur ki, vətəndaşlarda sığorta şirkətlərinə inamsızlıq yaranır.
Mən “Azərsığorta”-nın Ucar filialının müdiri Oktay Hümmətovun korrupsiya əməlləri barədə Prezidentə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişəm. İnanıram ki, bu korrrupsioner barədə ciddi tədbirlər görüləcək. Mətbuat vasitəsi ilə müraciət edib vətəndaşlara xəbərdar edirəm ki, “Azərsığorta” ya inanmayın bu şirkət insanları aldadıb pulunu mənimsəyib saxtakarlıqla məşğuldur. Necə ki, məni aldadıb pulumu mənimsəyiblər”.
Sorğu
Yeni dizaynımız necədir?