Bu gün dünya şöhrətli italiyalı aktrisa və fotomodel Monika Belluçi ad gününü qeyd edir.
Milyonların sevimlisinin 51 yaşı tamam olur.
Monika Belluçi kino fəaliyyətinə 90-cı illərin əvvəllərindən başlayıb. Məhsuldar fəaliyyəti olan aktrisanın son filmi isə 2015-ci ildə çəkildiyi “Spektr”dır.
Belluçi yüzlərlə şirkətin simasına çevrilib. O, Blumarine, Valentino, Armani, Dolce & Gabbana kimi nəhəng şirkətlərin reklamında çəkilib və həmin brendlərin uğuru sayılır.
Kişilərin ürəyini fəth etmiş Belluçi 1999-cu ildə özündən heç də az məşhur olmayan aktyor Vensan Kassellə ailə qurub. Cütlük 2013-cü ildə boşanıb. Monika bu evlilikdən sonra heç bir ciddi münasibətə girmədiyini bildirir.
Sorğu
Yeni dizaynımız necədir?