GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Dedi, ərini evdən çıxart, səni saxlayaram...” - Reportaj

“Dedi, ərini evdən çıxart, səni saxlayaram...” - Reportaj

Tarix: 1-10-2015, 22:56 Bölmə :Ölkə Baxış: 0
“Dedi, ərini evdən çıxart, səni saxlayaram...” - Reportaj

Yeddi yaşından ata və anasını itirib, heç vaxt məktəbə getməyib, öz təvəllüdünü belə doğru-düzgün bilmir, töküntülər içərisində yaşayır və 6 yaşlı qızı qəzada ayağından yaralanıb...

Bütün bunlar “Qafqazinfo”ya müraciət edən 28 yaşlı Sərvan Xasməmmədovun başına gəlib. Onların yaşadığı daxma 10-12 kvadratmetdir və köhnə zavodun dağılmış beton layları arasındadır.

Bu ilin mayın 3-də onun böyük qızı olan 2009-ci il təvəllüdlü Nərgizi yolun kənarında dayanıb gözlədiyi vaxt maşın vurub.

“Dedi, ərini evdən çıxart, səni saxlayaram...” - Reportaj

Nərgiz “metirka”sı olmadığı üçün məktəbə gedə bilmir.

Anası Züleyxa Xasməmmədova “metirka almağa” imkanlarının olmadığını dedi: “Özü istəyir məktəbə getsin, amma indi də sənədini götürməyə imkanımız yoxdur. Balaca qızım Zəhranın da 4 yaşı var, onun da sənədi yoxdur”.

Atası Sərvan nə iş gördüyünü öz dediyi ifadələrlə təsvir edək: “Zir-zibillikdən dəmir yığıram, düşürəm bütün şəhəri gəzirəm. Yoldaşım da işləmir. Ev kirayəsi 100 manatdı, zülmlə dolanırıq”.

“Dedi, ərini evdən çıxart, səni saxlayaram...” - Reportaj

Nərgiz anası Züleyxanın böyrünə qısılıb hadisəni özü belə nəql edir: “Mən yolun qırağına gözləyirdim, istəyirdim ki, “turba”nın üstünə çıxam. Maşınların hamısı keçib getdi, bir ağ maşın gəlib vurdu. Sonra qıçım qıraqdakı betonla maşın arasında qalıb əzildi”.

“Klear restoranının qabağında yolu keçmək istəyəndə vurublar, mən görməmişəm. Bir də gördüm ki, qucağında uşağı gətirib dedi ki, yolda vurdum. Amma dedi heç kimə şikayət eləmə. Bir dəfə müalicə etdirdi, sonradan yaxın durmurlar. Telefonlarını söndürüblər, yerlərini də bilmirik” – anası isə qəza gününü belə xatırlayır.

Sərvan Xasməmmədovun oxuma-yazma bilmədiklərinə görə aldadıldıqlarını deyir: “Nə yoldaşım, nə də mən məktəbə getmişik. Nə də yaza bilirik. Yetim adam olmuşam. Nə müstəntiqin adını bilirəm, nə vuranı tanıyıram. Heç soyadını da soruşmamışam. Biz polisdə şikayətçi olmadığımızı dedik, ərizəni də verdik. Yazdılar qol çəkdim, amma dedim ki, uşağı müalicə etdirsin. Mən indi də təzədən şikayət etməyəcəyəm, kişi kimi o vaxt sözümü bir dəfə demişəm, amma o da kişi kimi sözünün üstündə dursun. Yoldaşıma nə gəldi deyib, sonradan mən bildim”.

“Dedi, ərini evdən çıxart, səni saxlayaram...” - Reportaj

Valideynlər qızlarını vuran şəxsin yalnız adının Rövşən olduğunu və Naxçıvandan olduğunu bilirlər. Rövşən bunlara Nərimanov rayonunda yaşadığını deyib.

Rövşənin arvadı Zema deyilən qadın qızın anası Züleyxanı təhdid edib: “Əvvəlki müalicəni də mən onlarda dava edə-edə etdirdim. Sonra mənə dedi ki, get hara şikayət edirsən et, mən ərimi buraxdıracağam. Evə gələndə uşağa deyir ki, səni maşın vuranda anan hansı kişi ilə idi? O sözündən sonra onunla dava etdim”.

Hələ də sərbəst gəzə bilməyən Nərgizin atası Sərvan deyir ki, qızını vuranın arvadı bütün işləri həll edir: “Arvad zəng etdi, dedim ki, həkim deyib gips dəyişməlidi. Mənim də vallah imkanım yoxdu. Dedi sabah adam göndərəcəyəm, gəlib həkimə aparacaq. Amma heç kim gəlmədi, telefonlarını da söndürüblər. Uşaq da bu vəziyyətdə qalıb... Avamlığımızdan istifadə etdilər, mən də utanıram ondan müalicə üçün pul istəməyə...”

“Dedi, ərini evdən çıxart, səni saxlayaram...” - Reportaj

Züleyxa isə sonradan Rövşənin əxlaqsız təkliflər etdiyini deyir: “Telefonda mənə deyirdi ki, ərini evdən çıxart, mən gəlib səni saxlayaram, uşağa da baxaram. Deyir səni mən saxlayaram, nə lazımdı edərəm”.

Sərvan deyir ki, həmin adamdan tək istəyi gəlib uşağı sona kimi müalicə etdirməsidir: “Qız uşağı gələcəyi indidən niyə məhv olmalıdı? Uşaqların arasına çıxanda utanır, oynaya bilmir. Lağ edir yoldaşları, deyirlər sən topalsan. O da bütün günü evdə oturub çölə çıxmır. Deyir ata məktəbə getmək istəyirəm. Evdə bir köhnə televizorumuz var, amma antenası yoxdu deyə nəyəsə baxıb başını qarışdıra bilmir”.

Əslən Qəbələnin Dizaxlı kəndindən olan valideynlərin orada da yaşayacaq evləri yoxdur.



Murad Əhməd
Foto: Nuran Məmmədov

“Dedi, ərini evdən çıxart, səni saxlayaram...” - Reportaj
“Dedi, ərini evdən çıxart, səni saxlayaram...” - Reportaj
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlandı

    Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc ...

    25-09-2020, 15:32

  • 
  • Nərminin anası nə üçün ev istədiyini açıqladı

    Nərminin anası nə üçün ev istədiyini açıqladı ...

    18-01-2020, 15:42

  • 
  • Xaçmazda 12 yaşlı qızı maşın vurub

    Xaçmazda 12 yaşlı qızı maşın vurub ...

    12-08-2017, 14:34

  • 
  • "Uşaqlar çox vaxt ac yatırlar, artıq buna öyrəşiblər..." - GİLEY

    "Uşaqlar çox vaxt ac yatırlar, artıq buna ...

    18-07-2019, 13:31

  • 
  • Balaca qızcığaz məktəbə tələsirdi, avtobus qəzasına düşdü

    Balaca qızcığaz məktəbə tələsirdi, avtobus ...

    15-09-2014, 14:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu