Ötən ilin oktyabr ayının 18-də Gəncədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 4 nömrəli tam orta məktəbin 930 şagirdlik yeni korpusunun açılışını etdilər. Ümumiyyətlə son dövrlər ölkə başçısı və onun xanımı Mehriban Əliyevanın təhsilin inkişafina ayırdığı diqqət və qayğı sayəsində son dörd-beş ildə tək Gəncə şəhərində orta məktəblərin yarıdan çoxu təmir olunmuş, bəzilərində hətta yeni korpuslar inşa olunaraq istifadəyə verilmişdi. Onu da etiraf etməliyik ki, Gəncə şəhərində aparılan quruculuq işləri təkcə məktəblərdə deyil bütün sahələrdə özünü əks etdirir. Yəni son 4-5 il bundan öncəyə nəzər salsaq, şagird, müəllim və valideynlərin haqlı iradlarına tuş gələn təmirsiz, qızdırıcısız, bir sözlə uşaqların sağlam şəkildə təhsil almalarına yaramayan keçmişini xatırladan məktəblərdən demək olar ki,əsər qalmayıb. Bəs görəsən orta məktəblərdə aparılan tikinti abadlıq işlərinin təhsilin inkişafına təsiri olurmu?
Məsələyə bir balaca aydınlıq gətirmək üçün Gəncədə son istifadəyə verilmiş 4 nömrəli tam orta məktəbə nəzər salaq. Bu məktəb tam təmir olunub istifadəyə verilsə də orada hər kişinin uşağı oxuya bilməz. Belə ki, Gəncədə 4 nömrəli tam orta məktəbdə uşaq oxutmaq sıradan olan hər kişinin cibinə uyğun deyil. Sual oluna bilər nəyə görə, səbəb nədir və s.?
Burada bir balaca haşiyəyə çıxası olacayıq. Bu il ali məktəblərə qəbul imtahanları zamanı 700 və 685 bal toplayan Elçin və Gülçin Qasımovlar doqquzuncu sinfi 4 nömrəli orta məktəbdə bitirib sonradan təhsillərini tamamlamaq üçün 1 nömrəli tam orta məktəbə keçməli olublar. Görəsən bu qabiliyyətli, intellektli şagirdlərin 4 nömrəli məktəbi tərk etmələrinə səbəb nə olub? Məlumat üçün bildiririk ki, Gəncə şəhərində 4 nömrəli və 1nömrəli məktəblər ərazi baxımından bir-birilərindən o qədərdə uzaqda deyillər. Etibarlı mənbədən aldığımız məlumata görə bu bacı-qardaşın məktəbi tərk etməsinə səbəb valideynin bu məktəbin "tələbləri"ilə ayaqlaşa bilməməsi olub. Görəsən tək Gəncə deyil ölkədə yüksək bal toplayan bu şagirdlərin triumfial nailiyyətlərini bütün ölkə
paylaşdığı anda Əliağa Səfərəliyev və onun rəhbəri olduğu məktəbin müəllimləri təəssüf hissi keçirdilərmi?
Tam təmir olunub, yeni korpus belə tikilib istifadəyə verilən 4 nömrəli tam orta məktəb artıq uzun illərdirki, bazar iqtisadiyyatı rejimində, bazar qanunları ilə idarə olunaraq fəaliyyət göstərir desək yanılmarıq, yəni burada tədrisin gedişatı və ya bu məktəbdə gedən tədris prosesi haqqında Gəncə şəhərində böyükdən kiçiyə hamının məlumatı var, desək yanılmarıq. Bəs görəsən Təhsil nazirliyinin və ya nazir Mikayıl Cabbarovun necə, adı gedən məktəbdəki ab- havadan xəbəri varmı? Bu gün hər kişinin uşağı oxuya bilməyən tədris ocağının qiymətləri cib yandırır. Sözümüzü birmənalı qarşılamayın! Belə ki, gəncəlilərə məlum olan adı gedən məktəbin "şərtləri", orada uşaq oxutmaq sıradan olan sakinin cibinə uyğun deyil. Necə ki, hazırda ölkədə özəl universitetlər, Gəncədə də Əliağa Səfərəliyevin "özəl məktəbi" fəaliyyətdədir. Hətta bu məktəb ,onun qanun-qaydası haqqında dəfələrlə yuxarılara siqnallar çatsa da tədris başlayandan ilin sonuna kimi əli-ayağı yerə dəyməyən Əliağa Səfərəliyev necə deyərlər hər zaman sudan quru çıxmağı bacarır. Bu işdə o "özəl məktəbin" müəllimlərinin ona arxa olmasına əmindi.Məktəbin sərfəli qanunları sinələrinə yatan müəllimələri də direktora hər zaman köməkçidilər.
4 nömrəli məktəbin bazar iqtisadiyyatına hesablanmış qanunlarla fəaliyyətinin təməlini əvvəldən bir az yumşaq desək məktəbin mərhum direktoru Çingiz Ələkbəroviç qoysada daha sonradan isə Əliağa Səfərəliyev ənənənəni davam etdirməyi,müəllimlərlə müştərək iş qurmağı bacardı.Tədris başlayan kimi əli-ayağı yerə dəyməyən "Əliağanın məktəbində" yəni, Gəncənin 4 nömrəli tam orta məktəbində şəhər əhlinin imkanlı, pullu-karlı, vəzifəli adamlarının uşaqları təhsil alır desək bu Gəncə əhlinin təəcübünə yəqin ki, səbəb olmaz. Məktəbin direktoru Əliağa Səfərəliyevin özünün təbirincə desək, "mənim məktəbim icra hakimiyyəti, polis, prokuraturada işləyənlərin uşaqları üçün nəzərdə tutulub. Onu da etiraf etməliyik ki, səhərlər və ya dərsdən sonra 4 nömrəli orta məktəbin qarşısında dayanan "AA" dövlət markalı və ya "prestijni","zerkalni" nömrəli xarici markalı avtomobillərdən
məktəb direktorunun həqiqəti deməsinı təsdiq edir. Adı gedən məktəbə birtəhər ,yəni 300-500 manat verib uşağını yerləşdirən valideyn əgər uşağını Azərbaycan sektoruna qoyursa ayda elə öz sinif müəllimi ilə sövdələşib repitisiya, (buna fərdi məşğul olmada deyilir) üçün 50-80 manat, əgər uşağını Rus bölməsinə qoyubsa burda məzənnə bir az da artır, yəni hər ay uşaqla məşğul olmaq üçün 80-100 manat ödəməli olur. Hələ bayramları nəzərə alsaq məbləğ birə beş artır. Bu məktəbdə dərs deyən müəllimlər burada hansısa qəbahət işlətdiklərini görmür, onların bu kimi məsələyə fikirləri məktəbin direktorunun fikiri ilə üst-üstə düşür.
Beləliklə sentyabr ayı başlayan kimi "Əliağa"nın məktəbində yuxarı siniflərdə onun "qanunları" bir az da sərtləşir. Yəni hamıya sirr deyil ki, hər yanda olduğu kimi, bu tədris ocağında da, 9-11siniflərdə ali məktəblərə üz tutan şagirdlərin əksəriyyəti repititr yanına gedir. Bu məqam ortaya çıxan kimi adı gedən məktəb rəhbərliyi vəziyyətdən özünə səmərəli olaraq məzənnəni 1000-2000-ə qaldırır. Bu məzənnə ilə razılaşmayanlar, məsələn Elçin, Gülçin Qasımovlar kimiləri məktəblərinin yerini dəyişərək millətin gələcəyini düşünən məktəblərə üz tuturlar. Son zamanlar Əliağa Səfərəliyev bu kimi narahatlıq gətirən məsələlərdən narahat olmur.
Belə ki, ölkə başçısının Gəncəyə gəlişi zamanı 4 nömrəli məktəbin açılışını etməsi və bu tədbirlərin sonunda Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin onun əlini səmimi sıxmasından "ruhlanan "Əliağa Səfərəliyev valideynlərin cibini daha bərk sıxmağa başlayıb. Artıq o, özünü nəinki, "ilin adamı",həm də "Elmar Vəliyevin adamı" hesab edir.
P.S. Görəsən Gəncədə 4 nömrəli orta məktəbdən başqa daha hansı məktəblər bazar iqtisadiyyatına keçib? Bizi izləyin, bu haqda növbəti saylarımızda
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?