GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Həbsimi Lənkəran rayon İcra Başçısının birinci müavini sifariş edib”

“Həbsimi Lənkəran rayon İcra Başçısının birinci müavini sifariş edib”

Tarix: 6-10-2015, 22:21 Bölmə :Ölkə Baxış: 0
“Həbsimi Lənkəran rayon İcra Başçısının birinci müavini sifariş edib”

İcra başçının müavinin sifarişi ilə həbs edildiyi iddia olunan həkimin şikayəti təmin edilmədi

Lənkəran rayon Mərkəzi xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasında həkimi işləmiş 1955-ci il təvəllüdlü İmanverdi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, İmanverdi Hüseynov 14 oktyabr 2014-cü il tarixdə, saat 09.00-da Lənkəran şəhəri, Ş.Axundov küçəsində, Lənkəran Humanitar Kollecinin qarşısındakı yolda heç bir əsaslı səbəb olmadan Əflatun İsmayılovu söyüb. O, Əflatunun bədəninin müxtəlif yerlərinə qəsdən yumruq və təpik zərbələri vuraraq ona xəsarət yetirib.

Bundan əlavə İmanverdi Hüseynov oktyabrın 17-də, saat 09.00-da Ş.Axundov küçəsində yerləşən “Nikoil” İKB ASC-nin Lənkəran filialının yaxınlığında Samit Baxşiyevin ünvanına nalayiq sözlərlə söyüb. O, Samit Baxışovun bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və silah qismində istifadə etdiyi əl çantası ilə vurub. Hadisə nəticəsində Samit Baxışov xəsarət alıb.

İmanverdi Hüseynov Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilib. Lənkəran Şəhər Məhkəməsinin hökmü ilə İmanverdi Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İmanverdi Hüseynov apelyasiya şikayəti verərək barəsində olan cinayət işinə xitam verilməsini və bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya instansiyasında iş hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“İmanverdi məni nalayiq küçə söyüşləri ilə təhqir etdi”

Zərərçəkmiş şəxs qismində ifadə verən Əflatun İsmayılov bildirib ki, Lənkəran şəhərində yaşayır və fərdi əməklə məşğul olur: “Oktyabrın 14-də

Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayan oğlunun evindən Lənkəran şəhərinə gəlib. Şəhərin Şirəli Axundov küçəsində, Lənkəran Humanitar Kollecinin qarşısında avtomaşınlar üçün nəzərdə tutulmuş yolun kənarı ilə hərəkət edərkən nəqliyyatın sıxlığı ilə əlaqədar su kanalının üzərindən tullandım və piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan yola keçdim. Bu zaman üzdən tanıdığım İmanverdi Hüseynovla toqquşdum. İmanverdidən üzr istədim, İmanverdi məni nalayiq küçə söyüşləri ilə təhqir etdi. Yenidən ondan üzr istədim və fikirli olduğumdan onunla toqquşduğumu bildirdim. İmanverdi məni yumruq və təpik zərbələri ilə vurmağa başladı. Ondan aralaşmaq istəsəm də, bunu bacarmadım. Dartışma zamanı İmanverdi əynimdə olan köynəyimi cırdı. Həmin yer Humanitar Kollecin qarşısı, 4 nömrəli məktəbə gedən yol olduğundan, həmçinin Heydər Əliyev parkı da həmin ərazidə yerləşdiyindən çoxlu adam oraya yığılmışdı. Ora toplaşanlar bizə tamaşa edirdilər. Hadisə 10-15 dəqiqə davam edib. İmanverdi məni döyərkən adını bilmədiyim taksi sürücüsü kimi tanıdığım şəxs məni onun əlindən aldı. Buna baxmayaraq İmanverdi söyüşlər söyməkdə davam etdi. Dərhal telefon vasitəsilə polisə bu barədə məlumat verdim. Sonra polis şöbəsinə getdik, oradan isə məni həkimə göndərdilər. Həmin vaxt artıq özümdə olmamışam, həyəcanlı olmuşam”.

Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, təqsirləndirilən şəxs etdiyi hərkətə görə ondan üzr istəməyib: “Buna baxmayaraq İmanverdi Hüseynova yüngül cəza verilməsini məhkəmədən xahiş edirəm”.

“Dedi ki, korsan, yoluna bax”

Digər zərərçəkmiş Samit Baxşiyevun sözlərinə görə, xəstə olduğu üçün hər gün səhər hava qəbul etmək üçün dəniz kənarına gedib: Oktyabrın 17-də, saat 09.00-da Lənkəran şəhəri Şirəli Axundov küçəsi ilə piyadalar üçün nəzərdə tutulmuş yolla İcra hakimiyyətinə tərəf gedirdim. Həmin vaxt fikrim telefonda olduğu üçün qarşıdan gələn və adını sonradan bildiyim İmanverdi Hüseynovla toqquşdum. Ondan üzr istədim. Amma İmanverdi

üzərimə yüksək tonla qışqıraraq dedi ki, korsan, yoluna bax. İmanverdiyə fikrimin telefonda olduğunu və onu görmədiyimi bildirdim. İmanverdi yenidən qışqırdı və ünvanıma nalayiq söyüşlər söyməyə başladı. Ona əhəmiyyət verməməyə çalışsam da, İmanverdi Hüseynov yumruq və təpik zərbələri ilə məni vurdu. İmanverdi sonra da əlindəki sumkalardan birini başına vurdu, digərini isə sifətimə çəkərək boyun və üz nahiyələrimə xəsarətlər yetirdi. Bundan sonra İmanverdi Hüseynov üzərimə gəlmək istədi. Həmin vaxt İmanverdini itələdim ki, məndən aralansın. Bu zaman İmanverdi yerə yıxıldı. Həmin vaxt oraya çoxlu sayda, təxminən 30-35 nəfər adam toplaşıb. Yoldan keçən maşınların hərəkəti dayanıb və hadisə 10-15 dəqiqə davam edib. Daha sonra polisin 102 xidmətini yığaraq hadisə barədə məlumat verdim. Sonra polis şöbəsinə gələrək ərizə ilə müraciət etdim və tədbir görülməsini xahiş etdim. Polis şöbəsinə gedəndə gördüm ki, təqsirləndirilən şəxs məndən qabaq polis şöbəsinə gəlib və guya onu vurmağım barədə şikayət edib. Təqsirləndirilən şəxs mənə qarşı bu cür hərəkətlərə yol verdiyinə görə hazırda onu bağışlamıram və ondan şikayətçiyəm. Odur ki, İmanverdi Hüseynovun qanun çərçivəsində cəzalandırılmasını istəyirəm”.

İmanverdi Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, cinayət ona qarşı quraşdırılıb: “Həbsimi Lənkəran rayon İcra Başçısının birinci müavini sifariş edib. Bütün bunlar onun qurduğu oyundur. dir. Çünki 2014-cü ilin sentyabr ayının 27-də məni Lənkəran rayon İcra Başçısının birinci müavininin evinə çağırıblar. Ora gedəndə gördüm ki, icra başçısının müavinin yeznəsi can verir. Can verən xəstə ürək xəstəsi idi. Mənə dedilər ki, xəstəni xəstəxanaya aparmaq lazımdır. Mən də ona xəstəni yerindən tərpətməyin mümkün olmadığını bildirdim. Onlar isə xəstənin xəstəxanaya aparılmasında israr etdilər. Həkim kardioloq çağrılmasının vacibliyini bildirdim. Çünki bu məsuliyyətli işdir. Həkim kardioloq gələnə qədər xəstə öldü. Buna görə də elə bilirlər ki, xəstənin ölümündə günahım var. Əflatun İsmayılovu və Samit Baxşiyevi ümumiyyətlə tanımamışam. Onları vurmamışam və söyməmişəm”.

Dövlət ittihamçısı Ədalət Əzimov apelyasiya şikayətinin dəlillərini əsassız hesab edib. O, apelyasiya şikayətinin təmin edilməməsini xahiş edib. Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gecə yarısı qan tökən 22 yaşlı oğlana cəza verildi

    Gecə yarısı qan tökən 22 yaşlı oğlana cəza verildi ...

    16-12-2015, 02:37

  • 
  • Lənkəranda baş həkimi öldürən şəxsə hökm oxunub

    Lənkəranda baş həkimi öldürən şəxsə hökm oxunub ...

    21-10-2017, 15:13

  • 
  • Kişi arvadına görə həkimi ölümcül yaraladı

    Kişi arvadına görə həkimi ölümcül yaraladı ...

    12-11-2017, 14:57

  • 
  • Lənkəranın icra başçısının müavini işdən çıxarıldı

    Lənkəranın icra başçısının müavini işdən çıxarıldı ...

    27-12-2013, 13:57

  • 
  • “Rabitəbank”ın xəzinədarına cinayət işi açıldı - RƏSMİ

    “Rabitəbank”ın xəzinədarına cinayət işi açıldı - ...

    21-04-2021, 15:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (390)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu