Gecə yarısı qan tökən 22 yaşlı oğlana cəza verildi
Şirvan Apelyasiya Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Lənkəran sakini, 1993-cü il təvəllüdlü Aydın Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Aydın Hüseynzadə 20 may 2013-cü il tarixdə, gecə saat 01.00-da Lənkəran şəhəri, H.Əliyev prоspektində yerləşən məişət təyinatlı fəaliyyət göstərməyən binanın arхasında Cavad Zülfüqarovla mübahisə edib. Bu zaman Aydın Hüseynzadə Cavadı bıçaqla vuraraq ona xəsarət yetirib.
Aydın Hüseynzadə Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Aydın Hüseynzadə apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. Hakimlər isə onun apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?