“Oda” Teatrının 2 və 3 oktyabr nümayiş edəcəyi “Suriyalı” tamaşası birmənalı qarşılanmayıb. Tamaşanın afişası polemikaya səbəb olub. Oda Teatrında Orxan Bahadırsoyun eyniadlı romanı əsasında "Suriyalı" tamaşası səhnələşdirilib. Tamaşada Suriyada baş verən müharibə bir homoseksualın dili ilə nəql olunur. Gecə klublarında oriental oynayan suriaylı homoseksual gəncin taleyindən bəhs edən tamaşa böyük qalmaqallar yaradıb. Səs-küylü tamaşaya tanınmış yazarlar da münasibət bildiriblər. Qeyd edək ki, tamaşanın rejissoru Orxan Bahadırsoy və Elmin Bədəlovdur.
Firuz Mustafa:
Hər yazarın "öz" mövzusu, öz marağı, öz ideyası olur. Mən nə deyə bilərəm? İndiki zamanda kiməsə "ağıl" və ya "dərs" demək bir az çətindir. Amma bilirəm ki, dünya ədəbiyyatında bu mövzuya müracıət olunub. Hər kəs seçimində (o cümlədən mövzu seçimində) azaddır...
Mirmehdi Ağaoğlu:
Yaxşı, konyuktur mövzudur. Suriya və homoseksuallıq... İndi Avropada belə mövzular diqqət önündədir. Bircə qalır bədii həllini tapmaq, gözəl roman ortaya qoymaq. Kitabla tanış olmadığım üçün bunu deyə bilməyəcəm. XXI əsrdə yaşayırıq. Sənətə qarşı bu barbar mövqeyini artıq yaddan çıxarmalıyıq. İncəsənət sərhəd tanımır. Onun hüdudlarını, nəyin əxlaqlı, nəyin əxlaqsız olmasını, nəyin incəsənət, nəyin incəsənət olmadığını xüsusən mədəniyyətin böyük inqliab yaşdığı XX və XXI əsrdə söyləmək çətindir. Sənət həyatın bütün sahələrini özündə ehtiva edə bilər. Bayaq dediyim kimi istər tromanın müəllifi, istərsə də Oda nın uşaqları da maraqlı mövzu seçiblər. Onlara uğurlar arzulayıram. Çalışacam gedim baxım. Uğurlar arzulayıram.
Şərif Ağayar:
Təbiətin yaratdıqlarına sayğı ilə yanaşmalıyıq. Heç bir ayrıseçkilik etmədən. Və xüsusilə də sənət adamıyıqsa...
Qan Turalı:
Çox gözəl münasibət bəsləyirəm. Ədəbiyyata heç kim müdaxilə edə bilməz. Kiminsə homoseksuallıqla problemi varsa o tolerant olmalıdır.
Müşfiq Xan:
Bu mövzular yerli ədəbiyyata, yaxud sənətə gətirirməməlidir Birmənalı olaraq belə düşünürəm. Mövzular deyən də ki, homoseksuallıq. Şiddətli ön yarğılı insanlar sistemli mübarizə aparmalıdır. ANS telekanalı süjet verir geylərlə bağlı – Sulutəpədən, amma əslində təbliğat maşını öz işini görür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?