İordaniya-Suriya sərhədində suriyalı qaçqınların məskunlaşdığı Rakban düşərgəsində partlayış baş verib.
Hadisə nəticəsində bir ailədən 2-si uşaq olmaqla 3 nəfər həlak olub, eləcə də 2-si azyaşlı olmaqla 3 nəfər yaralanıb. Həmin ailənin yaşadığı çadırda partlayışın hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Qeyd edək ki, Rakban düşərgəsində hazırda 85 min suriyalı qaçqın yaşayır./Trend
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?