“Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyevin deputatlığa namizədliyi qeydə alınıb. Onun namizədliyi BütövAzərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən irəli sürülüb. Ə.Həziquliyev bildirib ki, bütün imzaları qanuni şəkildə yoxlanılıb, proses normal şəkildə həyata keçirilib. Namizəd bu dairəni seçməsinə səbəb kimi ailəsinin və yaxınlarının burada yaşamasını göstərib: “Artıq 3-cü dəfədir ki, bu dairədən namizədliyimi irəli sürürəm və kifayət qədər tanınıram. O cümlədən regionun problemlərini daha gözəl bilirəm. Hesab edirəm ki, buradan millət vəkili seçilərəmsə, orada yaşayan insanlara daha yaxından kömək etmiş olaram. Bu regionda sosial problemlərin önündə gedən su məsələsidir. 15 ildir bu dairədən namizədliyimi irəli sürürəm və bu problem bu günə qədər aradan qaldırılmayıb. Buradan seçilmiş millət vəkilləri bu problemin həll olunması ilə bağlı söz versələr də, onu həll etmək gücündə deyillər. Yəni, bu məsələləri qaldırmırlar. Təbliğat kampaniyası çərçivəsində bu məsələləri daha geniş şəkildə qaldıracam”. Ə.Həziquliyev 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən namizədliyi irəli sürülən digər insanlardan yalnız iki nəfəri tanıdığını diqqətə çatdırıb: “Onlar keçən seçkilərdə də mənimlə bərabər namizədliyini irəli sürmüşdülər. Biri hazırda millət vəkili olan Mahir Aslanovdur. Digəri isə iş adamıdır. Hər ikisi rayonda hörmətli adamlardır. Digər namizədlikləri irəli sürülən şəxsləri tanımıram və onlar haqqında heç nə deyə bilmərəm. Hesab edirəm ki, bu dairədə daha çox Mahir Aslanovla rəqabət aparacam və potensial rəqib kimi onu görürəm”. Qeyd edək ki, hazırda həmin seçki dairəsindən 11 namizəd millət vəkili olmaq uğrunda mübarizə aparır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?