Məlum olduğu kimi 01 noyabr 2015-ci il tarixdə Milli Məclisə növbəti dəfə seçkilər keçiriləcək. Bu seçkilərdə iştirak etməyə qərar verən və potensial namizədlərdən biri hesab olunan “Elçi” qəzetinin baş redaktoru və BAXCP idarə heyyətinin üzvü Əli Həziquliyev də, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən qeydə alınıb. Qeyd edək ki,tanınmış jurnalistin namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb. Hal-hazırda həmin seçki dairəsindən 11 namizəd, millət vəkili olmaq uğrunda mübarizə aparır. Biz də, “Gündəm Xəbər” qəzetinin yaradıcı kollektivi olaraq, geniş ictimaiyyətin tanıyıb qəbul etdiyi və tam əksəriyyətin rəğbət bəslədiyi Əli Həziquliyevə uğurlar arzulayırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?