GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İpoteka qaydalarında DƏYİŞİKLİK

İpoteka qaydalarında DƏYİŞİKLİK

Tarix: 10-10-2015, 13:35 Bölmə :Ölkə Baxış: 0
İpoteka qaydalarında DƏYİŞİKLİK

Azərbaycanda tikintisi başa çatdırılmamış daşınmaz əmlak ipoteka ilə alınması mümkün olacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"da əksini tapıb.

Təlimatla müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinindəyişdirilməsinə dair tələbi təmin etmək üçün, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlak və ya onun tərkib hissəsi üzərində mülkiyyət hüquqları reyestrdə əvvəlcədən qeydiyyata alınır və arayışla rəsmiləşdirilir. Tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının əvvəlcədən qeydiyyatı və tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzrə hüquq sahibinə əvvəlcədən dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının ipoteka ilə məhdudlaşdırılması (yüklülüyü) barədə reyestrdən arayış veriləcək. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində əvvəlcədən qeydiyyata alınmış hüquqların yüklülüyü barədə ipotekasaxlayana reyestrdən arayış veriləcək.

Arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin ərazi idarələrinə ərizə ilə müraciət etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni və şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. Bələdiyyələr bələdiyyənin sədri tərəfindən imzalanmış və möhürlənmiş ərizə və bələdiyyənin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidirlər. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. "ASAN xidmət" mərkəzlərində arayışın verilməsi üçün ərizənin qəbulu və arayışın verilməsi həmin mərkəzlərdə fəaliyyət göstərən Xidmətin ərazi idarələrinin işçiləri tərəfindən həyata keçirilir. Daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir.

Arayışda hüquq sahibinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı), daşınmaz əmlak obyektinin növü, ünvanı (olduğu yer), hüququn qeydə alındığı reyestr kitabının və vərəqinin nömrəsi, mülkiyyətçilər haqqında məlumat (hüquq sahibinin adı, payı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi), hüquq müəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi), daşınmaz əmlakın təsviri, torpaq sahəsi haqqında hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), kateqoriyası, məqsədli istifadəsi, su obyekti həcmi, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), mənzilin yerləşdiyi binanın tikildiyi il, mərtəbəliliyi, mənzilin mərtəbəsi, yaşayış otaqlarının sayı, yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), fərdi yaşayış evi haqqında liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter, mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), bağ evi və yaşayış evləri haqqında məlumat (liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter (sıra №-si), mərtəbəliliyi, təyinatı (adı), tikintialtı sahə (kv.m), cəmi), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha) əksini tapacaq.

Hüquq sahibinin yazılı və ya elektron sorğusuna əsasən ona məxsus olan daşınmaz əmlak haqqında qeydiyyat orqanının digər şəxslərə verdiyi arayışlar (məlumatlar) barədə yazılı və ya elektron bildiriş sorğu verildiyi gün iş vaxtı ərzində Xidmətin ərazi idarəsi tərəfindən hüquq sahibinə verilməlidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Daşınmaz əmlakın qeydiyyatı asanlaşdı

    Daşınmaz əmlakın qeydiyyatı asanlaşdı ...

    18-01-2015, 20:44

  • 
  • Kərəm Həsənovun qanun maxinasiyaları

    Kərəm Həsənovun qanun maxinasiyaları ...

    7-05-2013, 00:53

  • 
  • Sənədsiz evlər haqda fərman

    Sənədsiz evlər haqda fərman ...

    13-01-2015, 22:16

  • 
  • “Kupça”ların verilməsində yeni qayda

    “Kupça”ların verilməsində yeni qayda ...

    13-07-2015, 18:11

  • 
  • Səyyar “ASAN xidmət” Goranboy və Qobustanda

    Səyyar “ASAN xidmət” Goranboy və Qobustanda ...

    13-10-2015, 16:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu