GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Son vaxtlar ziyana uğramışdım, borca düşmüşdüm”

“Son vaxtlar ziyana uğramışdım, borca düşmüşdüm”

Tarix: 12-10-2015, 13:36 Bölmə :Ölkə Baxış: 0
“Son vaxtlar ziyana uğramışdım, borca düşmüşdüm”

Narkotik alverində ittiham olunan Türkiyə vətəndaşı faktlar açıqladı

Narkotik alverində ittiham olunan Türkiyə Respublikasının vətəndaşı Atilla Boranın və Tovuz rayon sakini Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Atilla Boran bir qrup şəxslə əlbir olaraq ölkəyə gizli yollarla narkotik vasitə və psixotrop maddələr gətirib satmaq barədə Ramil İsmayılovla əvvəlcədən razılığa gəlib.

Bu məqsədlə ötən ilin yanvar ayından etibarən külli miqdarda narkotik vasitəni dəfələrlə Bakı-İstanbul marşrutu üzrə hərəkət edən avtobuslarla yüklərin içində gizli şəkildə Bakıya göndərib.

Atilla Boranın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olandan sonra həmin idarənin əməkdaşları əməliyyat-axtarış tədbiləri keçiriblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 35 yaşlı Atilla Boran 2014-cü il, sentyabrın 22-də Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üstündən, eləcə də yaşadığı evdən 40 qramdan çox kokain, 30 büküm sintetik üsulla hazırlanmış güclü təsirə malik banzay və 50 ədəd ekstazi həbi aşkarlanaraq götürülüb.

İstintaq araşdırması zamanı Atilla Boranın biznes ortağı da məlum olub. Onun Tovuz rayon sakini, 28 yaşlı Ramil İsmayılovla əlbir olaraq dəfələrlə Türkiyədən qaçaqmalçılıq yolu ilə ölkəmizə müxtəlif tərkibli narkotik maddələr gətirdiyi aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərini davam etdirən polis əməkdaşları ertəsi gün Ramil İsmayılovu da yaxalayıblar. Saxlanılarkən Ramil İsmayılovun üstündən 15 qram kokain və 30 ekstazi həbi aşkarlanaraq maddi sübut kimi götürülüb. O da məlum olub ki, ölkəmizə narkotik maddə gətirərək satmaq təklifini Atilla Boran verib. Ramil İsmayılov isə dəfələrlə Atilla Borana pul

verərək Türkiyəyə göndərib və kokain, banzay, həmçinin ekstazi gətirməyi tapşırıb. Narkotik tərkibli maddələr gizli yollarla Bakıya gətirilib və satılıb. Əldə edilən pullar isə aralarında bölüşdürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci (təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1, 234.4.2-ci (qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, təkrar narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) madddələri ilə təqsirli biliniblər. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində dindirilən Atilla Boran ona elan olunmuş ittihamlarla özünü təqsirli bilib. O, 5 ilə yaxındır Bakıda bizneslə məşğul olub, son bir ildə narkotik maddələrin satışı ilə məşğul olmağa başlayıb: “Qadın və kişi bərbərxana ləvazimatlarının satışı ilə məşğul olurdum. Son vaxtlar ziyana uğramışdım, borca düşmüşdüm, maddi vəziyyətim çox pis idi, gəlir yerim yox idi. Ramili saç ustası Batuhanın vasitəsilə tanımışam. Tanış olandan təxminən iki-üç ay sonra belə qərara gəldik ki, birlikdə Türkiyədən kokain, ekstazi həbləri gətirib sataq, qazancı yarı bölək. Narkotik almaq üçün lazım olan məbləği isə Ramil tapıb verəcəkdi. Hər dəfə Ramil mənə 5-10 min dollar verir, həmin pulu götürüb Türkiyəyə gedirdim. İstanbulun Ağsaray adlanan məhəlləsində İbrahim adlı şəxsdən kokainin 1 qramını 100 dollara, ekstazi həblərinin 1 ədədini 7-8 dollara, bonzay adlanan sintetik narkotik vasitənin 1 qramını 60-80 dollara alırdım”.

Atilla Boranın daha sonra bildirib ki, narkotik vasitələri bəzən karton qutunun içində, geyim əşyalarının arasında, bəzən də DVD aparatının, mikser qurğusunun içində qablaşdırıb: “Həmin karton qutunu isə karqoya təhvil verdim, avtobuslarla Bakıya, özümdən uydurduğum bir adamın adına göndərmişəm. Karqodan aldığım qəbzdə yükün çəkisi, daşınma

qiyməti, malı Bakıda qəbul edəcək şəxsin adını yazmışam. Hər dəfə bir ad uydurub deyirdim. Guya malı Bakıda həmin şəxs gəlib götürəcək. Ona görə belə edirdim ki, birdən karqo ilə göndərdiyim narkotiki sərhəddə gömrükçülər aşkar etsələr, malların mənə məxsus olmasını bilməsinlər. Narkotiki göndərəndən sonra təyyarə ilə Bakıya gəlirdim. Mallar 3-4 gündən sonra “Xətai” metrosunun arxasında yerləşən “TIR” parkına gəlib çatırdı. Qəbzdəki yükün nömrəsini deyirdim, malı götürərək gedirdim. Həmin malları Ramillə birgə Bakıda satırdıq. Sonuncu dəfə sentyabrın 7-də Türkiyəyə mal gətirməyə getdim. Aldığım narkotiki DVD aparatının içinə, ayaqqabıya, əşyaların arasına qablaşdırdım və karqoya təhvil verdim və Bakıya yola saldım. Özüm isə təyyarə ilə Tiflisə, oradan avtobusla Bakıya gəldim. Yükü təhvil alandan sonra evə gətirib yerbəyer etdim. Kokainin 25 qramını Ramillə görüşüb ona verdim. Yerdə qalanları kirayə yaşadığım mənzildə saxladım. Son vaxtlar özüm də kokaindən istifadə edirdim. 22 sentyabr, 2014-cü ildə Nərimanov rayonu ərazisində tək dayanarkən bir neçə mülki geyimli şəxs mənə yaxınlaşdı və polis əməkdaşları olduqlarını dedilər. Polislər narkotik vasitələrin qəbulu və satışında şübhəli bilindiyimi söylədilər və üzərimə baxış keçirdilər, bükümləri, həbləri tapdılar. Kirayə yaşadığım evə baxış keçirdilər. Mətbəxdəki bankanın içindəki bükümləri polislərə təhvil verdim”.

Təqsirləndirilən şəxs qismində dindirilən Ramil İsmayılov ifadəsində narkotik alveri ilə bağlı təklifin Atilla Borandan gəldiyini göstərib: “Atilla Boran narkotik vasitələrdən söhbət açıb deyirdi ki, maddi vəziyyətim ağırdır, pula ehtiyacım var, əgər pul olarsa, Türkiyədən kokain, ekstazi alıb gətirər, burada satarıq. Atillanın maddi vəziyyəti pis olduğuna görə onun təklifi ilə razılaşdım. Hər dəfə Türkiyəyə gedəndə ona 5-8 min dollar verirdim. Atillanın yol xərclərini, yükün daşınma pulunu, narkotik vasitələrin alınmasına sərf olunan pulları mən verirdim. O isə gedib onları Türkiyədən alır, gizli şəkildə Bakıya gətirib çıxarırdı. Yük Bakıya gələndən sonra Atilla ilə sataraq aramızda bölürdük. Sonuncu dəfə Atilla Türkiyədən gələndən sonra karqo ilə əlaqə saxladı, yükü təhvil alıb

narkotikin onda olduğunu mənə dedi. Elə həmin gün görüşdük, mənə 25 qram kokain verdi. Ertəsi gün Nərimanov rayonunda “Abu Arena” restoranının qarşısında dayanarkən mülki geyimli şəxslər yaxınlaşdılar və narkotik vasitələrin satışı ilə məşğul olmağım barədə onlarda məlumat olduğunu dedilər. Hal şahidlərinin iştirakı ilə üzərimə baxış keçirildi və 30 ədəd ekstazi həbləri və kokain aşkar edilərək götürüldü. Hərdən özüm də ekstazi həbləri qəbul edirdim”.

Məhkəmənin hökmü ilə Atilla Boran 8 il, Ramil İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıya külli miqdarda narkotik maddə gətirən biznesmen tutuldu

    Bakıya külli miqdarda narkotik maddə gətirən ...

    25-09-2014, 14:24

  • 
  • 16 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

    16 kiloqramdan artıq narkotik vasitə dövriyyədən ...

    16-03-2021, 13:18

  • 
  • Azərbaycanda 10 milyonluq narkotik ələ keçirildi - Foto

    Azərbaycanda 10 milyonluq narkotik ələ keçirildi ...

    17-04-2020, 13:55

  • 
  • Maştağa qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb - FOTO

    Maştağa qəsəbəsində narkotik vasitələrin qanunsuz ...

    28-01-2019, 13:24

  • 
  • Şirvan şəhərində narkotik qaçaqmalçılığına qarşı əməliyyatlar keçirildi - FOTO

    Şirvan şəhərində narkotik qaçaqmalçılığına qarşı ...

    18-04-2021, 17:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu