gundemxeber.az SOCAR-ın saytına istinadən məlumat verir ki, oktyabrın 13-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Əhmədli”, “Mehdiabad” və “Novxanı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Abşeron rayonunun Mehdiabad və Novxanı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakının Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?