Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gəncə şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Dəmiryol vağzalının yaxınlığında qeydə alınıb.
Ərazidəki mağazalardan birindən çıxıb yolu keçmək istəyən şəhər sakinləri- 1987-ci il təvəllüdlü Aytən Məmmədova, onun qardaşı 1990-cı il təvəllüdlü Eşqin Məmmədov və yolu keçmək istəyən daha bir nəfəri 1994-cü il təvəllüdlü Fəqanə Əlibəyovanı maşın vurub.
Qəza nəticəsində xəsarət alan hər üç şəxsi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar. Yaralılara ilkin tibbi yardım göstərlilb və xəsarətləri yüngül olduğu üçün evə buraxılıblar.
Hadisənin hansı şəraitdə və kim tərfindən baş verdiyinin müəyyən edilməsi istiqamətində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?