Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Rəna Cəlilova oğlugilə gedərkən itkin düşüb.
Bu barədə virtualaz.org saytına R.Cəlilovanın oğlu Seymur Bağırov məlumat verib.
S.Bağırovun sözlərinə görə, anası dünən - oktyabrın 12-də Atatürk prospekti, 5A ünvandan çıxaraq Ağa Nemətulla küçəsi, 20, mənzil 39-a gəlmək istəyib: “Müşahidə kameraları vasitəsilə onun getdiyi yolu izləyə bildik. Anam Atatürk prospekti, 5 A ünvanında 67 saylı marşruta minib. Fətəli xan Xoyski küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişməsində avtobusdan düşüb. Bundan sonra piyada keçidinə girib. Lakin sonradan onun hansı istiqamətdə getdiyi görünmür”.
S.Bağırov deyir ki, anasının yaddaş problemi yoxdur.
O, hüquq-mühafizə orqanlarına müraciət edib. Polis hazırda R.Cəlilovanın axtarışları ilə məşğuldur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?