Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tikinti şirkətlərindən biri şirkətin kassasından oğurluq edilməsi barədə Binəqədi rayon Polis İdarəsinə şikayət ərizəsi ünvanlayıb.
Rayonun 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şirkətdəki xidməti otaqlardan birində olan seyfdən 1200 manat oğurlayan şəxsin elə müəsisənin öz işçisi, Bakı şəhər sakini Elbrus Məmmədov olduğu müəyyən edilib.
Hadisəni törədən şəxs artıq saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Avqustun 25-də də bənzər hadisə baş vermişdi. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mənzil Tikinti Kooperativlərindən birinin ofisindən 450.000 ABŞ dolları oğurlayan qrupun üzvü - Ağdaş rayon sakini, əvvəllər məhkum olunan Ramin Məhərrəmov tutulmuşdu.
Həbs edilən zaman onun üzərindən 3,08 qram narkotik maddə hesab olunan tiryək götürülmüşdü.
Seyfi oğurlayan iki nəfərdən biri Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov da Ramin Məhərrəmovdan bir gün qabaq polis tərəfindən həbs edilmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?