Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşları aldadaraq dələduzluq yolu ilə pullarını almaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Q.Şükürovanı aldadaraq 500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Şəki şəhər sakini Gündüz Abbasov saxlanılıb.
Bundan başqa, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini N.Nəsirovanın 100 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məhərrəmova tutulub.
Daha bir dələduzluq əməli törədən şəxsin tutulnması üçün əməliyyatı Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları keçirib.
Əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki metal qəbulu məntəqələrinin birindən təmir-tikinti alətləri və plastik tullantılar oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rasim Fətəliyev saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayət əməllərinin də üstü açılıb.
Belə ki, onun dələduzluq yolu ilə 3 Sumqayıt şəhər sakininin pullarını alması da müəyyən edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?