Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rayonda yaşayan Şəhriyar Cəbrayılovu elektrik cərəyanı vurub. Şəhriyar Cəbrayılov hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.
Oktyabr ayının 7-də isə oxşar hadisə Yevlax rayonunda baş vermişdi. Rayonun Varvara kənd sakini Rafiq Vəliyevi həyətində elektrik naqillərini dəyişərkən elektrik cərəyanı onu vurmuş, R.Vəliyev yerindəcə dünyasını dəyişmişdi.
Sentyabr ayının 12-də isə bir gün ərzində iki nəfəri tok vuraraq öldürmüşdü. Şəkidə baş verən hadisə zamanı Cumakənd kənd sakini 1970- ci il təvəllüdlü Sadiq Mirzəli oğlu Məmmədov qardaşına məxsus evdə, elektrik naqillərini dəyişərkən onu cərayan vurmuşdu.
Hadisə baş verən vaxt Sadiq Məmmədov evdə tək olduğu üçün onun ölümünü ailə üzvləri evə gəlmədiyini görüb qardaşının evinə getdikdə bilmişdilər. Ailə üzvləri mərhumun iş gördüyü evə çatdıqda o artıq keçinibmiş.
Elə həmin gün oxşar hadisə Şəmkirdə də baş verib. Rayon sakini Rövşən Mustafayev torpaq sahəsini suvararkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdü.
Ümumiyyətlə son bir ay ərzində 5 nəfər elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?