Masallıda 28 yaşlı gənci cərəyan vurub. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
gundemxeber.az xezerxeber.az-a istinadən bildirir ki, ehtiyatsızlıq edən gənci elektrik vurub. Hadisə Masallıda istirahət mərkəzlərinin birində baş verib. Mərkəzdə ofisiant işləyən və əslən Lerik rayonundan olan Elnur Bayramovun elektriklə ehtiyatsız davranması onun həyatı bahasına başa gəlib. O, hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə tibbi ekspertiza və pataloji anatomiyə birliyinin Cəlilabad rayonundakı şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır. Ağstafa sakini də elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə rayonun Qırlı kəndində baş verib. 51 yaşlı Tapdıq Süleymanov yaşadığı evin həyətində elektrik naqillərini birləşdirmək istəyərkən onu cərəyan vurub. Tapdıq Süleymanov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Hüquq-Mühafizə orqanlarında araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?