gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:10 radələrində, Yasamal rayonu ərazisində, Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında qeydə alınıb. "Lada" markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 5 piyadanı vurub. Daha sonra minik maşını polis avtomobilinə çırpılıb.
İlkin məlumata görə, vurulan piyadalardan biri dünyasını dəyişib. Digərlərinin vəziyyəti isə ağırdır.
Yasamal rayon Polis İdarəsindən APA-ya qəzanın baş verməsini təsdiqləyiblər. Bildirilib ki, yol-nəqliyyat hadisəsi barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb: "Qəzanın baş vermə səbəbləri, ölən və yaralananlar barədə hələlik heç bir məlumat yoxdur".
Sorğu
Yeni dizaynımız necədir?