Bakıda silahlı insident olub. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsindən verilən məlumata görə, hadisə bu gün saat 18.30 radələrində Yasamal rayonu Şərifzadə küçəsində, “Ağ Çiçəyim” şadlıq evinin yaxınlığında qeydə alınıb. Ərazidə atəş səslərinin eşidilməsi barədə polisə məlumat daxil olub. Dərhal əraziyə polis əməkdaşları çıxıb. Ərazidə olan şəxslərin ifadəsi alınıb.
Həmin ifadələr əsasında məlum olub ki, həmin ərazidə silah səsləri eşidiləndən sonra iki nəfər yaralı naməlum avtomobilə əyləşərək qaçıb.
Hazırda polis paytaxtın bütün xəstəxanalarında araşdırma aparır. Yaralılar tapılandan sonra hadisənin baş vermə səbəbləri aydın olacaq.
Yasamal Rayon Prokurorluğundan isə APA-ya bildirilib ki, “Ağ Çiçəyim” şadlıq evinin yaxınlığında silahlı insident olması barədə onlara polisdən məlumat daxil olub: “Daxil olan məlumat əsasında əməkdaşlarımız əraziyə çıxıblar. Lakin hələlik hadisə barədə əlavə məlumat yoxdur”.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, “Ağ Çiçəyim” şadlıq evinin qarşısına çağırış olub: “Çağırış yerinə gedən həkim briqadası iki yaralını görüb. Lakin onlar çağırışdan imtina edərək başqa avtomobilə minərək ərazidən uzaqlaşdılar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?