Mingəçevir şəhərində əri ilə mübahisə edən hamilə qadın özünü hərəkətdə olan avtomobilin altına ataraq intihara cəhd edib.
"Report"un Şirvan bürosunun məlumatına görə, şəhərin Samux küçəsinin sakini, 1993-cü il təvəllüdlü Günel Güloğlan qızı Məmmədova həyat yoldaşı ilə mübahisə edərək küçəyə qaçıb. O, özünü həmin küçədə Eyvaz Abdulla oğlu Abdullayevin idarə etdiyi "Mercedes" markalı, 10-BT-148 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üstünə atıb. Hamilə qadın dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırmalara başlanılıb.
17:25
Mingəçevir şəhərində hamilə qadın özünü maşının altına ataraq intihara cəhd edib.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Samux küçəsi ərazisində baş verib. Belə ki, həmin küçənin sakini, 1993-cü il təvəllüdlü Günel Güloğlan qızı Məmmədova ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən G.Məmmədovanın hamilə olduğu məlum olub: "Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Günel Məmmədova onu müalicə edən həkimə ölmək istədiyini və özünü hərəkətdə olan avtomobilin altına atdığını deyib". Faktla bağlı araşdırmalara başlanılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?