Qəzet rəhbərinə qarşı irəli sürülən əsassız ittihmlar onu dəmir barmaqlıqlar arxasına göndərir
DİA.AZ: - Əldə etdiyimiz məlumata görə “Gündəm Xəbər” qəzetinin təsisçisi Cəfəri Şirin Abbasqulu oğluna Azərbaycan Respublikası Baş Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və həmin ittihamla iş baxılması üçün 2013-cü ildə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilmişdir.
DİA.AZ xəbər verir ki, 2013-cü ilin may ayının 20-də Kəpəz rayon Məhkəməsində Cəfəri Şirin Abbasqulu oğluna heç bir əsas olmadan Vergilər Nazirliyinin Audit Departamentinin çıxartdığı cərimə, yəni 71.478.16 manat məbləğində vergidən yayınma müəyyən olunaraq 3 il şərti cəza və 2 il sınaq müddəti seçilmişdi. Hazırda 2015-ci ilin may ayının 20-də həmin sınaq müddəti bitmişdir. Onu da bildirək ki, Şirin Cəfəri bü müddətdə heç bir qanunsuzluqlara yol verməmiş, lazımı qaydalara uyğun hərəkət etmişdir. Həmin iş Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə şikayət olunmuşddur. Adı çəkilən instansiyalar isə hökmü qüvvədə saxlamılar.
Bu məsələ ilə əlaqədar olaraq bu gün saat 11.00-da Ədliyyə Nazirliyinin istintaq idarəsində CM-nin 306.2-ci maddəsi ilə Şirin Cəfəriyə ittiham aktı irəli sürülməsi üçün çağırılıb.
Göstərilən maddənin tələblərinə görə Şirin Cəfəri 5 il müddətinə həbs oluna bilər.
Məsələ ilə bağlı Şirin Cəfəri ilə əlaqə saxlamaq istəsək də cəhdimiz baş tutmadı. Məlumatın təfərrüatları barədə qarşıdakı saatlarda məlumat verəcəyik.
Bildirək ki, 2011-ci ildə Vergilər Nazirliyinin çıxartmış olduğu bu saxta qərar Şirin Cəfəri və ictimaiyyət tərəfindən əsassız qərar olduğu fakt və sənədlərlə hər kəsə sübut olunmuşdur. BU hadisədən Azərbaycan ictimaiyyəti və beynəlxalq təşkilatlarn da məlumatı var idi və ölkəmizdə jurnalistə qarşı atılan bu addımlar hər kəs tərəfindən pislənilmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?