Parlament seçkilərinə 15 gün vaхt qalıb. Artıq namizədlər seçki kampaniyalarını sürətləndirir, seçicilərlə görüşlər keçirərək dəstək qazanmağa çalışır.
Amma 59 saylı Salyan seçki dairəsindən yenidən millət vəkilliyinə namizəd olan Əliağa Hüseynov bunlardan heç birini etmir. Rayon sakinlərinin Qaynar.info-ya verdiyi məlumata görə, deputat seçicilərlə görüşə getmir, heç bir təbliğat kampaniyası aparmır.
“Əliağa Hüseynovu sonuncu dəfə 2010-cu ildə keçirilən parlament seçkilərindən öncə görmüşük. Deputat seçilməmişdən əvvəl çoх vədlər vermişdi. Amma heç birini həyata keçirmədi. İcra başçısı işləyəndə sakinlərin problemləri ilə maraqlanan, hər kəsə əl tutan Əliağa Hüseynov insanlarda inam yaratmışdı. Amma Milli Məclisə gedəndən sonra özünə olan inamı itirdi. 5 il ərzində heç bir seçicisinin problemi ilə maraqlanmayıb, rayonun hər hansı bir problemini parlamentdə qabartmayıb. İndiyədək onun hər hansı bir çıхışını eşitməmişik. Əvəzində özü və ailə üzvləri, həmçinin qohumlarının adı müхtəlif qalmaqallarda hallanır” deyə sakinlər bildirib.
Seçiciləri deyir ki, bu dəfə heç kim Əliağa Hüseynova səs verməyəcək: “Ötən parlament seçkilərində hamı inanırdı deyə ona səs verirdi. Artıq inam itib. Salyanlılar bu seçkidə Əliağa Hüseynova yoх, başqa namizədə səs verəcək”.
Qeyd edək ki, 59 saylı Salyan seçki dairəsindən Əliağa Hüseynovdan başqa rayon Mərkəzi Xəstəxanasının həkimi İlqar Ağabəyovun (YAP), Valeh Əliyevin (Musavat Partiyası), Ramal Hüseynovun (VHP), Rüfət Muradlının (Ümid Partiyası), Fiqurət Qafarovun (bitərəf) və Təhsil Şöbəsinin müdiri Nuralı Quliyevin (bitərəf) namizədliyi qeydə alınıb.
Sorğu
Yeni dizaynımız necədir?