NİDA-çı, bir müddət əvvəl həbsdən çıxmış Zaur Qurbanlının Müsavat Partiyasının lideri İsa Qəmbər barədə paylaşdığı status maraqla qarşılanıb.
“Qafqazinfo” xəbər verir ki, Z. Qurbanlı 16 oktyabr 2003-cü ildə baş verən hadisələrə eyham vuraraq “İsa Qəmbərin siyasi olaraq rəhmətə getməsindən 12 il keçir, ruhu şad olsun, amin” paylaşdığı statusdan sonra İ. Qəmbərlə maraqlı dialoq baş tutub.
İ. Qəmbər bildirib ki, ilk dəfə 1990-cı ilin yanvarından sonra dedilər ki, Əbülfəz Elçibəy və İsa Qəmbər(ov) siyasi meyitdir: “Mark Tven demişkən, "mənim ölümüm barədə şayiələr bir qədər şişirdilib".
25 ildən çoxdur ki, mən bu şayiələrə baş qoşmuram, fəaliyyətimə davam edirəm. Eyni zamanda səbrlə yenilərin doğulmasını gözləyirəm. İnşallah, doğularlar”.
NİDA-çı fəalın İsa Qəmbərin mövqeyinə rəyi isə belə olub:
“Məncə, artıq doğulmuşları görmədən bunu arzulamaq özü də artıq siyasətdə olmadığınızı göstərir. Çox istərdim ki, siyasətçi məsuliyyətini kənara qoyub bu barədə yazasınız, Azərbaycan bu yazıdan çox şey qazanardı”.
İsa Qəmbər isə “doğulmaq=mənim edə bildiyimi etmək” reaksiyasını verərək bunun mütləq baş tutacağını vurğulayıb və çalışıb bunu ondan əvvəl etməyi gənclərə məsləhət görüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?