GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əkbər Hacıyev üçün "vida marşı"...

Əkbər Hacıyev üçün "vida marşı"...

Tarix: 16-10-2015, 17:29 Bölmə :Ölkə Baxış: 0
Əkbər Hacıyev üçün "vida marşı"...

"Azəriqaz"da hökm sürən təsərrüfatsızlıq, vəsaitlərin düzgün xərclənməməsi onun vəzifəsini itirməsinə səbəb ola bilər
Qamət Məmmədovdan sonra növbə baş direktorundur Azərbaycanın qaz təsərrüfatında yaşanan böyük problemlər ölkə rəhbərliyini də narahat etməyə başlayıb. Cənab prezident İlham Əliyev son müşavirələrdə bu sahədə hökm sürən neqativ hallara toxunub və mənfi məqamların aradan qaldırılması üçün göstərişlərini verib. Ancaq təəssüf hissi ilə bildirmək lazımdır ki, Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev fəaliyyətində dönüş yaratmaq niyyətində deyil. Aparılan araşdırmalar göstərir ki, bu şəxsin rəhbərliyi altında sözügedən qurumun fəaliyyəti son illər tamamilə bərbad hala düşüb və bu səbəbdən ölkənin qaz təsərrüfatında problemlər xirtdəyə çıxır. Bir neçə gün əvvəl "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun satış və istismar üzrə müavini Qamət Məmmədov işdən azad olunub. Məlumata görə, Qamət Məmmədovun işdən çıxarılmasına səbəb kimi onun işdə yol verdiyi ciddi nöqsanlar göstərilir. Məlumatda deyilir ki, müvafiq qərar "Azəriqaz" İB-nin oktyabrın 10-da keçirilən iclasında verilib. Qamət Məmmədov əvvəllər Əmirov adına Neft-Qazçıxarma İdarəsinin rəisi işləyib. "Azəriqaz" sədrinin müavini vəzifəsinə 4 il əvvəl təyin olunmuşdu. Əslində, İB-də kadr islahatlarına hələ bir müddət əvvəl başlanılmalı idi. Hansısa səbəblərə görə Əkbər Hacıyev işini layiqincə yerinə yetirə bilməyən şəxsləri cəzalandırmırdı. Ölkə başçısının son tənqidləri deyəsən baş direktoru yaman narahat edib. Bəzi mütəxəssislər isə hesab edir ki, bu sahədə mövcud olan problemlərin həll edilməsi üçün baş direktorun özü də tutduğu vəzifədən uzaqlaşdırılmalıdır. "Azəriqaz" İstehsalat Birliyindəki nöqsanlar, qaz təsərrüfatında meydana çıxan, vaxtaşırı olaraq mətbuatda müzakirə olunan, hələ də sosial narazılıq mənbələrindən biri kimi qalan problemlər ölkənin təbii qaz operatorunun fəaliyyətində və funksiyalarında ciddi dəyişikliklərin həyata keçirilməsi zərurəti yaradıb. ""Azəriqaz" 2009-cu ildə Dövlət Neft Şirkətinin tabeliyinə məqsədli şəkildə verildi. Yəni müəyyən strategiya vardı. Bundan başqa, həmin illərdə ölkənin qaz təsərrüfatında ciddi problemlər yaranmışdı, "Azəriqaz"ın maliyyə imkanları məhdud idi. Ölkənin qazlaşdırılması mümkün deyildi. Hətta bəzi bölgələrdə istismar olunan qaza görə ödənişlər 30-50 faizdən yüksək olmurdu. "Azəriqaz"ın SOCAR-ın tərkibinə verilməsi qaz təsərrüfatındakı problemləri tam aradan qaldırmayıb. Məsələn, ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılmasına dair prezidentin müəyyən etdiyi vəzifə yerinə yetirilməyib. SOCAR qaz itkisinin səbəbləri ilə bağlı açıqlama vermir. Yalnız əhaliyə satılan qazın həcmi və yığılan vəsait haqqında məlumatlar açıqlanır. Qaz təsərrüfatına nəzarət mexanizmi gücləndirilməlidir. "Azəriqaz" İstehsalat Birliyi şirkətin tabeliyindən alınmalı, müstəqil fəaliyyət göstərməlidir. SOCAR isə bu qurumlarla müqavilə əsasında işləməlidir. İri təsərrüfatlarda qaz oğurluğu var. "Azəriqaz" İstehsalat Birliyi "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasında yaradılıb. Amma "Azəriqaz"ın bu illərdəki fəaliyyəti nəticəsində ölkədə qaz itkisinin azalması o qədər də müşahidə olunmadı. Beləliklə də bu struktur özünü doğrultmadı", deyə ekspertlər vurğulayıblar. Hamıya məlumdur ki, prezident bölgələrdə qazlaşdırmanın sürətləndirilməsinə, Ermənistanla sərhədyanı kəndlərin ilk növbədə qazlaşdırılmasına dair "Azəriqaz" rəhbərliyinə dəfələrlə göstəriş verib. Əkbər Hacıyev ölkə başçısının tapşırıqlarını dərhal icra etmək əvəzinə, əhalinin qazlaşdırılması məsələsində gözləmə mövqeyi nümayiş etdirib. Hələ bu azmış kimi, baş direktor bir müddət əvvəl sensasion açıqlamaları ilə gündəmə gəlib. O bildirib ki, Ermənistanla sərhəd Şınıx bölgəsinin 20-yə yaxın kəndinin sakinləri boş yerə təbii qaza ümid etməsinlər. Çünki bu kəndlər qazlaşdırılmayacaq. İB rəhbəri həmin bölgədə 2010-cu ildə prezident İlham Əliyevin göstərişi ilə başlayan qazlaşdırma işlərinin cəmi 3 kəndlə yekunlaşdırılmasını əsaslandırmağa çalışaraq deyib ki, qalan 20-yə yaxın kənd sıldırım dağlıq ərazilərdə yerləşir, orada texnikanın işləməsi mümkün deyil. Üstəlik bu kəndlərin hərəsində 10-20 ev var və belə kiçik kəndləri qazlaşdırmaq heç inkişaf etmiş Avropa təcrübəsində də yoxdur. Onun bəyanatı göstərir ki, Əkbər Hacıyevin heç Azərbaycanın bölgələrinin relyefi, coğrafi xəritəsi və əhalisinin yerləşməsi barədə yetərli anlayışı yoxdur. Əks halda o, Ermənistanla sərhəddə, düşmənlə təmas xətti boyu yerləşən 20-yə yaxın kənddə texnikanın işləməsinin qeyri-mümkün olduğunu, hər kənddə cəmi 10-20 ailə qaldığını deməklə kimin dəyirmanına su tökür? Bəlkə sərhədin o tayındakı düşmənin? Ölkənin strateji və hərbi baxımdan olduqca mühüm əhəmiyyətə malik bölgəsinin kəndlərinin texnikanın işləməsinə imkan verməyəcək dərəcədə çətin şəraitə malik olduğunu bəyan etməklə və bu bölgədə az qala əhali yaşamadığını deməklə baş direktor düşməni ruhlandırmır ki? Xatırladırıq ki, bölgə əhalisinin uzun illərdir yanacaq kimi odundan istifadə etməsi nəticəsində Şınıx meşələri tamamilə tükənmək üzrədir. Bu isə bölgəni ekoloji fəlakət və kütləvi miqrasiya təhlükəsi ilə üz-üzə qoyub. Hazırda bölgənin hər biri onlarla, hətta yüzlərlə evdən ibarət olan kəndlərinin arasında, Əkbər Hacıyevin dediyi kimi, cəmi 10-20 ailə yaşayan kənd bəlkə də tapmaq olar. Ancaq "Azəriqaz" rəhbəri tamamilə əmin ola bilər ki, coğrafi şəraitin və relyefin buna heç bir təsiri olmayıb. Həmin kəndlər məhz yanacağın olmaması ucbatından boşalır. Onu da bildirək ki, prezident Cəlilabad rayonuna səfəri zamanı ölkənin bu mərkəzi rayonunda qazlaşdırmanın cəmi 40 faiz təşkil etdiyini deyərək bunun çox aşağı səviyyə olduğunu vurğulayıb. Prezident SOCAR-a, "Azəriqaz"a qazlaşdırmanı sürətləndirmək barədə tapşırıq veriləcəyini bildirib. Lakin "Azəriqaz" rəhbərliyinin qazlaşdırmanı ləng aparmaqla yanaşı, bu məsələdə izaholunmaz ayrı-seçkiliyə yol verməsi təkcə Şınıx bölgəsi ilə yekunlaşmır. Digər rayonlarımızda da analoji vəziyyət hökm sürür. Əkbər Hacıyevin rəhbəri olduğu strukturda hökm sürən təsərrüfatsızlıq, vəsaitlərin düzgün xərclənməməsi barədə mətbuatda çoxsaylı faktlara rast gəlmək mümkündür. Ölkənin qaz təsərrüfatının yenidən qurulmasına milyardlarla manat vəsaitin yönəldilməsinə baxmayaraq, "Azəriqaz" ildə az qala 1 milyard kubmetr qazın itkiyə getdiyinə dair hesabat açıqlayır. Rəsmi statistik rəqəmlərə görə, təkcə 2013-cü ildə "Azəriqaz"da qaz itkisi 7,2 faiz (təxminən 890 milyon kubmetr) təşkil edirdi. Əslində isə itkilərin miqdarının daha yüksək - ildə 1-1,2 milyard kubmetr olduğu təxmin edilir. Qazlaşdırma işlərinin ləng getməsinin, qaz təsərrüfatındakı bərbad idarəçiliyin əsas səbəbkarı kimi məhz Əkbər Hacıyev göstərilir. Mötəbər mənbələrdən alınan məlumatlarda deyilir ki, "Azəriqaz"da üzə çıxan maliyyə pozuntuları, o cümlədən ölkə əhalisinin mavi yanacaqla təminatı sahəsində yaşanan acınacaqlı vəziyyət yuxarı dairələrdə böyük narazılıqla qarşılanıb: "İstehsalat Birliyində problemlər yaradan şəxslərdən biri-Qamət Məmmədov artıq tutduğu vəzifədən kənarlaşdırılıb. Əkbər Hacıyev müvafiq instansiyaların tapşırığından sonra onu işdən xaric etdi. İndi isə növbə onun özündədir. Hazırda "Azəriqaz" İstehsalat Birliyinin Neft Şirkətinin tərkibindən çıxarılması, Əkbər Hacıyevin baş direktor postundan uzaqlaşdırılması məsələsi müzakirə olunur. Çox güman ki, yaxın günlərdə qərar veriləcək. Böyük ehtimalla "Azəriqaz"ın rəhbəri parlament seçkilərinə kimi dəyişəcək. Bir sözlə, Əkbər Hacıyev üçün "vida marşı" çalınacaq". Mənbəhəmçinin onu da deyir ki, vəzifədən xaric edilən Qamət Məmmədovla bağlı istintaq orqanlarına kifayət qədər material təqdim edilib. Deyilənə görə, sabiq baş direktor müavininin barəsində cinayət işi açıla və o məsuliyyətə cəlb oluna bilər.\gündəlik bakı\
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yeni istefalar: "Azəriqaz" ın rəhbəri vəzifəsindən azad edildi

    Yeni istefalar: "Azəriqaz" ın rəhbəri ...

    1-11-2019, 12:49

  • 
  • Əkbər Hacıyev narazılıq yaradır... - 20 minə yaxın abonentə...

    Əkbər Hacıyev narazılıq yaradır... - 20 minə ...

    24-08-2018, 14:47

  • 
  • "Azəriqaz"ın baş direktoru: "Nardaranlılar işçilərimizi döyməsələr, qaz verəcəyik"

    "Azəriqaz"ın baş direktoru: ...

    1-12-2015, 13:15

  • 
  • Əkbər Hacıyev rəqiblərini belə zərərsizləşdirir... - GƏLİŞMƏ

    Əkbər Hacıyev rəqiblərini belə ...

    28-06-2019, 13:31

  • 
  • “Azəriqaz” işçilərə bildiriş payladı- işdən çıxarılma ilə bağlı

    “Azəriqaz” işçilərə bildiriş payladı- işdən ...

    12-02-2014, 13:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu