Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bir sıra rayonların qaz istismar sahələrinin əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər paylayıb.
Bu barədə modern.az saytına daxil olan məlumatda bildirilir ki, bəzi rayonlarda qaz istismar sahələrinin işçilərinə özlərinə tezliklə iş tapmaqları tövsiyə olunub.
Məlumatı dəqiqləşdirmək üçün “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlanılıb.
Məsələyə aydınlıq gətirən “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev xəbəri təsdiqləyib.
“Bildirişlərin verilməsi doğrudur. Bu addım strukturun təkmilləşdirilməsi ilə əlaqədar atılıbr. Zaqatala Regional Qaz İstismar İdarəsinin yaradılması ilə əlaqədar Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon qaz istismar sahələrinin əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər paylanılıb. Amma bu o anlama gəlmir ki, kimsə işdən çıxarılacaq, ixtisar olunacaq. Sadəcə, struktur təkmilləşdirilməsi ilə əlaqədar ştatların çoxu bir mərkəzdə cəmlənəcək. Prosesdən xəbərdar olması üçün işçilərə işdən çıxarılma ilə bağlı bildirşlər verilib”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?