GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Baş nazir Gədəbəy qızılının sahibini “qeyri-ciddi” adlandırdı

Baş nazir Gədəbəy qızılının sahibini “qeyri-ciddi” adlandırdı

Tarix: 10-01-2014, 14:33 Bölmə :Siyasət Baxış: 914
Baş nazir Gədəbəy qızılının sahibini “qeyri-ciddi” adlandırdı
Qırğızıstanın baş naziri Jantoro Satıbaldıyev Azərbaycanın qərbində, Gədəbəydə iri qızıl yataqlarında hasilat aparan və Böyük Britaniyada qeydiyyatdan keçmiş offşor şirkəti “qeyri-ciddi” adlandırıb.

Virtualaz.org saytı bu barədə qırğız mənbələrinə istinadən xəbər verir. Baş nazir onu da deyib ki, “Anglo Asian Mining” şirkətindən Qırğızıstanın “Kumtor” qızıl yatağının işlədilməsinə dair göndərilən təklif hökumətə daxil olmayıb.

Xəbər verdiyimiz kimi, yeni il ərəfəsində İran əsilli iş adamı Rza Vəzirinin sahibi olduğu şirkətin Qırğızıstandakı mübahisəli qızıl yatağını almaq üçün bu ölkənin parlament spikerinə, baş nazirinə və prezidentinə məktub göndərib. Ancaq onun təklifi qalmaqal doğurub.

Rza Vəzirinin Qırğızıstan rəhbərliyinə yazdığı məktubda deyilir ki, əgər “Kumtor” yatağı “Anglo Asian Mining” şirkətinə verilsə, şirkət gəlirin 70 faizini Qırğızıstan dövlətinə verəcək və özünə cəmi 30 faiz götürəcək.

Qeyd edək ki, Qırğızıstanın İssık-Kul vilayətində yerləşən “Kumtor” yatağını mərkəzi ofisi Kanadada yerləşən “Centerra Golg İnc.” şirkəti işlədir. Bu şirkətlə müqaviləni 2009-cu ildə Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev imzalayıb. Qırğızlar müqavilənin şərtlərindən narazıdır. Belə ki, Kanada şirkəti gəlirin 54 faizini özünə götürür. Cəmi 46 faizini isə Qırğızıstana verir. Eyni zamanda İssık-Kul sakinləri Kanada şirkətinin qızıl hasilatı zamanı ətraf mühiti çirkləndirdiyini bildirir.

2013-cü ilin may ayında “Kumtor” yatağına görə Qırğızıstanın həmin bölgəsində günlərlə davam edən iğtişaşlar baş verib. Yerli əhali yolu bağlayıb, yerli hakimiyyət orqanının rəhbəri girov götürülüb, Kanada şirkətinə məxsus maşınlar yandırılıb, polislə toqquşmalar olub. Əhali Kanada şirkətinin İssık-Kuldan qovulmasını tələb edib.

Qırğızıstanın mərkəzi hakimiyyəti qızıl yatağına görə bağlanmış müqavilənin şərtlərini ədalətsiz olduğunu qəbul edir. Bu müqaviləyə görə, Bakiyevin hökumətində yer alan keçmiş fövqəladə hallar və ətraf mühit nazirləri barəsində cinayət işi qaldırılıb.

Məlumatlara görə, müqavilənin şərtlərini Bakiyevin hazırda axtarışda olan oğlu razılaşdırıb və əvəzində Kanada şirkətindən pay alıb. Hazırda Qırğızıstan hökuməti Kanada şirkəti ilə müqavilənin pozulması və yatağın milliləşdirilməsi, yaxud başqa şirkətə verilməsi məsələsini müzakirə edir. Kanada şirkəti ilə qırğız hökuməti arasında münaqişədən istifadə edən bir neçə şirkət “Kumtor” yatağına müştəri düşüb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, onlardan biri də Rza Vəzirinin şirkətidir.

Qırğızıstanın baş naziri bildirib ki, “Anglo Asian Mining” şirkətinin təklifinin hökumətə göndərilməsi barədə məlumatlar doğru deyil. Onun sözlərinə görə, şirkətin təklifi hökumətə yox, parlamentə daxil olub.

“Biz araşdırdıq, həqiqətən belə şirkət var və işləyir. Balaca şirkətdir. Azərbaycanda işləyir, qızıl hasil edir, 2013-cü ildə 1,4 ton qızıl hasil edib” - deyə Satıbaldıyev bildirib.

Baş nazir deyib ki, “Anglo Asian Mining” şirkəti öz üzərinə aşağıdakı öhdəlikləri götürür: bütün xərclərini qaytarana qədər Qırğızıstan dövlətinə gəlirin 12 faizini ödəyəcək.

“Bizə isə 90 faiz təklif edirlər. Bu sadəcə olaraq..., mən bilmirəm bu təklifdən nə iyi gəlir. Biz bu şirkəti ciddi qəbul etmirik” - deyə baş nazir bildirib.

Satıbaldıyev deyib ki, hələlik həmin şirkətin əhəmiyyətsiz təklifindən əlavə “Kumtor” yatağının işlədilməsinə dair digər şirkətlərdən heç bir təklif daxil olmayıb.



Qeyd edək ki, “Kumtor” yatağı ehtiyatlarının həcminə görə dünyada üçüncü ən iri qızıl yatağıdır. Yataqda 1000 tona qədər qızıl var. Qırğızıstan Kanadanın “Centerra Gold” şirkəti ilə müqaviləyə yenidən baxaraq gəlirin azı 67 faizinin ona çatmasında israr edir. Lakin göründüyü kimi, Rza Vəzirinin kifayət qədər şirnikləndirici təklifini Qırğızıstan hökumətində qeyri-ciddi qarşılayıblar və bu təklifin arxasında hansısa gizli niyyət dayana biləcəyinə eyham ediblər.

“Anglo Asian Mining” şirkəti Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir. “R.V.İnvestment Group Services LL USA” şirkəti “Gədəbəy” yatağında qızıl hasilatı üzrə layihədə 51 faiz, Azərbaycan tərəfi isə 49 faiz paya sahibdir. Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatının olduğu güman edilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 72 yaşlı professor Gədəbəy qızılından 15 milyon dollarlıq səhm aldı

    72 yaşlı professor Gədəbəy qızılından 15 milyon ...

    28-10-2015, 15:15

  • 
  • Azərbaycanda qızıl fabriki işə düşdü

    Azərbaycanda qızıl fabriki işə düşdü ...

    18-10-2015, 20:21

  • 
  • Gədəbəydə feodal qanunları

    Gədəbəydə feodal qanunları ...

    9-05-2013, 13:45

  • 
  • Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

    Bu ölkə Azərbaycana yeni səfir təyin etdi ...

    2-01-2015, 22:49

  • 
  • Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ediləcək

    Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ...

    8-10-2014, 13:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu