GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Müstəntiqin verdiyi yanlış məlumatlar əsasında ekspert səhv rəy verib”

“Müstəntiqin verdiyi yanlış məlumatlar əsasında ekspert səhv rəy verib”

Tarix: 20-10-2015, 11:06 Bölmə :Ölkə Baxış: 0
“Müstəntiqin verdiyi yanlış məlumatlar əsasında ekspert səhv rəy verib”

Qaxda yol qəzasında təqsirli bilinən şəxsin cinayəti sübuta yetirilmədi, məhkəmə ona bəraət verdi

Şəki Apelyasiya Məhkəməsində yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Elçin Yusifov və Bəxtiyar Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, yol nəqliyyat hadisəsi 10 oktyabr 2013-cü il tarixdə baş verib. Elçin Yusifov idarə etdiyi “Ford Tranzit 80” markalı avtomobillə Qax-Qorağan şosesi ilə hərkət edən zaman Turaclı kəndinə olan döngənin qarşısında Qax rayonu, Zəyəm kənd sakini Bəxtiyar Məmmədlinin sürdüyü “Opel Frontera” markalı avtomobillə toqquşub.

Nəticədə “Opel Frontera” markalı avtomobildə olan sərnişin Samir Rəsulov, Elxan Hacıyev xəsarət alıblar. Onlar təcili xəstəxanaya yerləşdiriliblər. Vaxtında tibbi yardım göstərildiyi üçün hər iki yaralının həyatını xilas etmək mümkün olub.

İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində həm Elçin Yusifov, həm də Bəxtiyar Məmmədli təqsirli biliniblər. Onların barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

Qax Rayon Məhkəməsinin hökmü ilə Elçin Yusifov 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Digər təqsirləndirilən Bəxtiyar Məmmədli isə 1 il 6 ay müddətinə cəza alıb. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alıb.

Hökmdən narazı qalan Elçin Yusifov apelyasiya şikayəti verərək barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Onun

şikayəti hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Əyləcə basmağa macal tapmadım”

Elçin Yusifovun sözlərinə görə, oktyabrın 10-da, saat 09.00-da Qax şəhəri– Qarağan kəndi şossesi ilə idarə etdiyi “Ford-Tranzit 80” markalı avtomobillə hərəkətdə olub. Onun sözlərinə görə, Turaclı kəndinə dönən yolayrıcına yaxınlaşanda əks istiqamətdən “VAZ 2106” markalı avtomobil gəlib: “Həmin idarə etdiyim avtomobili Turaclı kəndinə gedən yola keçmək üçün yol zolaqlarını ayıran xəttin üzərində saxladım və məndən soldakı yol zolağının boşalmasını gözlədim. Elə bu an “VAZ 2106” markalı avtomobilin dayandığı istiqamətdə “Mercedes Benz” markalı avtomobil yüksək sürətlə keçdi, “VAZ 2106” markalı avtomobilin sol tərəfindən ötən “Opel-Frontera” markalı digər avtomobil isə idarə etdiyim avtomobilin qarşısına çıxdı və avtomobilim ilə toqquşdu. “Opel-Frontera” markalı avtomobil onun yoluna qəflətən çıxdığı üçün əyləcə basmağa macal tapmadım. Hesab edirəm ki, “Yol hərəkəti haqqında” qanunun hər hansı tələbini pozmamışam, avtomobilini normal sürətlə öz hərəkət zolağında idarə etmişəm”.

“Müstəntiq hadisə yerinin müayinəsini səthi aparıb”

Təqsirləndirilən şəxs qeyd edib ki, ibtidai istintaq müddətində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib: “Qax Rayon Məhkəməsində də barəmdə ədalətli və qanuni hökmün çıxarılması üçün ərizə və vəsatətlə müraciət etdim, əlavə sübutlar təqdim edərək həmin cinayətin törədilməsində təqsirim olmadığını göstərdim. Eyni zamanda məhkəməyə bildirdim ki, həmin qəzanın baş verməsində təqsirkar “Opel Frontera” markalı avtomobilin sürücüsü Bəxtiyar Məmmədli olub. Bəxtiyar Məmmədlinin hadisə vaxtı sərxoş olması, maşınında isə çoxlu adamın oturması barədə dəfələrlə məlumatlar versəm də, bu məlumatlara əhəmiyyət verilməyib, məhkəmə prosesində əlavə heç bir araşdırma aparılmayıb. Müstəntiq hadisə yerinin

müayinəsini səthi aparıb, hadisə yerinin sxemini düzgün tərtib etməyib, həmin istintaq hərəkətlərində iştirakım olmayıb. Müstəntiqin öz qərarında hadisə barədə verdiyi yanlış məlumatlar əsasında ekspert də səhv rəy verib”.

“40 min manat maddi ziyan çəkmişəm”

Elçin Yusifovun sözlərinə görə, əgər hadisə ittiham aktında göstərilən kimi baş verimsə, deməli “Opel Frontera” markalı avtomaşın ötmə əməliyyatına başlayaraq onun yoluna çıxıb və 300 metr məsafəni qarşı-qarşıya gəliblər: “Hadisə əgər belə olubsa, nə üçün hadisə zamanı “Opel Frontera” markalı avtomaşının qabaq hissənin ortasından sağ tərəfi, mənim idarə etdiyim “FORD-Tranzit 80” markalı avtomaşın isə qabaq hissəsinin sol küncündən zədə alıb? İşdə olan 31 yanvar 2014-cü il tarixli ekspert rəyi düzgün verilməyib. Öz hüquqlarımdan istifadə edərək məhkəmə prosesində yenidən komission ekspertiza keçirilməsini məhkəmədən xahiş etmişəm. Lakin məhkəmə vəsatətimi təmin etməyib və ibtidai istintaq materialları üzrə hökm çıxarıb. Qax Rayon Məhkəməsinin hökmündə göstərilir ki, Bəxtiyar Məmmədli zərərçəkənlərlə yanaşı, təqsirləndirilən şəxs Elçin Yusifovla razılıq əldə edərək onunla barışıq əldə edib və onların müalicəsinə köməklik göstərib. Bundan başqa, məhkəmə hökmündə qeyd edilib ki, Bəxtiyar Məmmədli mənə dəymiş maddi zərəri də ödəyərək avtomaşınımı təmir etdirib. Buna görə də hökmün həmin hissəsinə etiraz edirəm. Bəxtiyar Məmmədlinin təqsiri üzündən baş vermiş qəza nəticəsində ən azı 40 min manat maddi ziyan çəkmişəm. Lakin sözügedən hadisədə mən təqsirləndirilən şəxs hesab edilmişəm. Buna görə də zərərçəkən kimi tanınmadığı üçün gələcəkdə Bəxtiyar Məmmədlidən dəymiş ziyanın əvəzini tələb etmək hüququnu itirmişəm. Məhkəmədə həmin cinayətlə əlaqədar özümü təqsirli bilməmişəm və göstərmişəm ki, qəzanın baş verməsinin səbəbkarı Bəxtiyar Məmmədlidir. Lakin məhkəmənin hökmündə guya özümü qismən təqsirkar bilməm göstərilib. Ona görə də Qax Rayon Məhkəməsinin hökmünü qanunsuz və əsassız

hesab edirəm, həmin hökmün ləğv edilərək mənə bəraət verilməsini xahiş edirəm”.

Digər təqsirləndirilən Bəxtiyar Məmmədli bildirib ki, Qax rayonun Zəyəm kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırıb. Hadisənin baş verməsindən danışan Bəxtiyar Məmmədli qeyd edib ki, qəza baş verən zaman sərxoş olmayıb.

Tərəfləri dinləyən hakim heyəti sonda Elçin Yusifovun apelyasiya şikayətinin təmin edilməsi barədə qərar elan edib. Qərara görə, Qax Rayon Məhkəməsinin çıxardığı hökmün Elçin Yusifova aid hissəsi ləğv edilib. Məhkəmə Elçin Yusifovun əməlində cinayət tərkibi olmadığı nəticəsinə gəlib və onun barəsində bəraət hökmü çıxarıb.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ərəb turistlərin ölümünə səbəb olan şəxs məhkəmə qarşısında

    Ərəb turistlərin ölümünə səbəb olan şəxs məhkəmə ...

    31-01-2018, 20:40

  • 
  • Ağır qəza törədən sürücüyə hökm oxundu

    Ağır qəza törədən sürücüyə hökm oxundu ...

    18-01-2016, 12:14

  • 
  • Polisin ölümünə səbəb olan sürücüyə dövlət ittihamçısı cəza istəyib

    Polisin ölümünə səbəb olan sürücüyə dövlət ...

    9-06-2016, 00:17

  • 
  • İki maşın toqquşdu

    İki maşın toqquşdu ...

    3-10-2015, 12:02

  • 
  • Gədəbəydə ağır yol qəzası: 6 yaralı

    Gədəbəydə ağır yol qəzası: 6 yaralı ...

    30-05-2013, 12:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (417)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu