Keçmiş deputatın köçürüləcəyi yeni kamera daha müasir və hərtərəfli şəraitə malikdir
Sabiq deputat Gülər Əhmədova hələ də sanitar hissədədir. Əldə etdiyimiz məlumata görə, onu yeni kameraya köçürməyə hazırlaşırlar. Əhmədovanın köçürüləcəyi yeni kamera daha müasir və hərtərəfli şəraitə malikdir. G.Əhmədovanın kamera yoldaşının kimliyi ilə bağlı da məlumat almışıq. Öyrəndiyimizə görə, bu, Ulduzə Xanlarova adlı ali məktəblərdən birində işləmiş keçmiş dekandır. Sözügedən xanım da G.Əhmədova kimi dələduzluq maddəsi ilə ittiham olunub. Onun eks-deputatla bir kameraya salınması isə təsadüf deyil. Məqsəd G.Əhmədovanı daim nəzarətdə saxlamaq, onun addımlarına diqqət etməkdən ibarətdir. Hazırda əsas məqsədi G.Əhmədovanın sağ qalmasını təmin etməkdir. (“Yeni Müsavat”da olan bilgiyə görə, həbsindən az əvvəl istintaqda məlumat olub ki, G. Əhmədovanı öldürməyə təşəbbüs ediləcək... ) Amma bu məsələyə dair rəsmi açıqlama verilmir. musavat.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?