Onun barəsində çıxarılmış həbs-qətimkan tədbirinin müddəti başa çatır Sabiq millət vəkili Gülər Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoya görə fevral ayında həbs edilmiş və haqqında həbs qətimkan tədbiri seçilmişdi. May ayında sabiq deputatın həbs müddəti daha 3 ay uzadılmışdı. Həbsdə olan zaman qalmaqallı açıqlamarıyla gündəmdə qalan G.Əhmədovanın bir müddət əvvəl vəkillərinə avqustun 8-nə kimi danışmağı qadağan etməsi xəbəri də yayıldı.
Gülər Əhmədovanın həbs müddəti avqustun 8-də bitir. Görünür ki, Gülər Əhmədova gündəmdən düşmək üçün vəkillərinə danışmağı qadağan edib. Bu isə artıq gündəmdə olmayan sabiq deputatın həbsdən çıxmaq ehtimallarını artırır.
Sorğu
Yeni dizaynımız necədir?