Nəqliyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat naziri Ziya Məmmədov 23 oktyabr 2015-ci il tarixində Neftçala şəhərində Salyan, Biləsuvar və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 21 oktyabr 2015-ci il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaqdır:
• Salyan "20 saylı Yol İstismarı İdarəsi" (Salyan şəhəri, 20 Yanvar küçəsi-1),
• Biləsuvar "21 saylı Yol İstismarı İdarəsi" (Biləsuvar şəhəri, Vaqif küçəsi, 1),
• Neftçala "39 saylı Yol İstismarı İdarəsi" (Neftçala şəhəri, 33-cü məhəllə).
Sorğu
Yeni dizaynımız necədir?