Bəzi firmaların Tarif Şurası tərəfindən qiymətləri ucuzlaşdırılmış dərmanları ölkəyə gətirməməsi Səhiyyə Nazirliyini hərəkətə keçirdi.
gundemxeber.az "Xəzər xəbər"ə istinadən bildirir ki, nazirlik reseptlərin yazılma formasını dəyişdirir. Yeni qaydaya əsasən reseptlərdə artıq dərmanın yox, təsiredici maddələrin adı yazılacaq. Bununla həkim-dərman firması əməkdaşlığına son verilməsi hədəflənir.
Reseptlərin yazılma qaydası dəyişəcək, həkim dərman firması əməkdaşlığına son veriləcək. Səhiyyə Nazirliyi "Aptek təşkilatlarından dərman vasitələrının buraxılması" haqqında yeni qaydalar hazırlayıb.
Pərviz Əzizbəyov deyir ki, qayda təsdiq olunduqdan sonra vətəndaş dərmanı daha rahat yolla əldə edəcək. Yeni qayda vətəndaşlarla yanaşı, əczaçıların da işini asanlaşdıracaq. Pərviz Əzizbəyovun sözlərinə görə, qaydalar hazırdır. Təsdiqləndikdən sonra reseptlər bu formada yazılacaq. Qaydanı pozan həkimlər cəzalandırılacaqlar.
Sorğu
Yeni dizaynımız necədir?