GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Apteklərdə dərmanları niyə tapa bilmirik?

Apteklərdə dərmanları niyə tapa bilmirik?

Tarix: 21-11-2015, 17:21 Bölmə :Ölkə Baxış: 0
Apteklərdə dərmanları niyə tapa bilmirik?

Azərbaycanda apteklərdə dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan, yəni sentyabrın 15-dən sonra ortaya çıxan əsas problemlərdən biri insanların dərman qıtlığından şikayət etməsidir. Artıq bu məsələyə rəsmi səviyyələrdə dəfələrlə münasibət bildirilərək qeyd edilib ki, əslində, Azərbaycanda dərman qıtlığı problemi yoxdur.

Bu, apteklərdə dərmanların vahid qiymətlə satılmasına başlanılmasından sonra Səhiyyə Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin birgə apardığı monitorinqlər zamanı da öz təsdiqini tapıb.

Azərbaycanın baş nazirinin müavini Əli Əhmədovun da bugünkü açıqlamasından belə nəticəyə gəlmək olar ki, hazırda yalnız ticarət adı ilə axtarılan dərmanların apteklərdə tapılmamasından söhbət gedə bilər. Çünki ölkədə bütün təsiredici maddələr üzrə dərmanlar var və bu baxımdan qıtlıq yoxdur.

Sual olunur: Onda problem nədir? Əgər dövlət qurumlarının da söylədiyi kimi həqiqətən də apteklərdə dərman varsa, insanlar niyə onları tapa bilmirlər?

Dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan sonra "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması" haqqında yeni qaydalar hazırlayaraq onu təsdiq edən Səhiyyə Nazirliyi həmin sənədə belə bir yeni bənd də əlavə etdi ki, artıq reseptlərə dərmanların adları deyil, onların patentləşdirilməmiş adları, yəni təsiredici adı qeyd edilməlidir. Sənəd yalnız bir halda istisnaya yol verir. Qaydalara görə, təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı hallarda, yəni həmin dərman 3 və daha artıq tərkibli, bioloji oxşar dərman qruplarına aid olduqda resept blankında onun ticarət adı yazılmalıdır. Səhiyyə Nazirliyi də bəyan edib ki, bu, həkimlər qarşısında qoyulan tələbdir və onu pozanlar həkimlər qanunvericiliyə müvafiq qaydada cəzalandırılacaqlar.

Əslində, reseptlərlə bağlı edilən bu dəyişikliyi formal xarakterli dəyişiklik kimi qəbul etmək lazım deyil. Çünki reseptlərdə əsas təsiredici maddənin adının yazılması dərman firmaları ilə əməkdaşlıq edən həkimlərin onun marağına xidmət edən konkret dərman adının yazılması hallarının qarşısını almaqla yanaşı, həmin dərmanlardan istifadə etməli olan insanlara da üstünlük verir. Çünki bu halda pasiyentlər artıq həkimin əvvəllər reseptlərdə yazdığı konkret dərman adlarını axtarmalı olmurlar. Reseptlərdə yazılan təsiredici maddə əsasında dərman alması onlara həm də tərkibli maddə əsasında, fərqli adlarla müxtəlif firmalar tərəfindən istehsal edilmiş dərmanların arasından "cib"lərinə uyğun gələni seçməyə imkan verir.

Təbii ki, Azərbaycanda uzun illərin təcrübəsi reseptlərdə dərmanların konkret adının yazılması ənənəsini qoyduğundan insanlar bu yeniliyə qısa bir zaman ərzində alışa bilməyərək hələ də əllərindəki reseptlərlə konkret dərman axtarır, həmin tərkibli digər adda dərman tapdıqda isə ona ehtiyatla yanaşır və almırlar.

Apteklərdə dərman qıtlığının olmaması barədə gəlinən rəsmi rəyə əsaslansaq, onda belə hesab etmək olar ki, mövcud problemin əsas çıxış yolları həkimlərin bu qaydalara əməl etməsi, pasiyentlərin isə bu yeni tələbdən məlumatlı olmasıdır. Əgər həkimlər dərman firmaları ilə əməkdaşlıq maraqlarını əsas götürərək öz mənafelərini güdməsələr, insanları konkret hansısa adda olan dərmanın daha keyfiyyətli olmasına inandırmaqlarından əl çəksələr, pasiyentlərinin məlumatsızlığından istifadə etməsələr və nəhayət, pasiyentlər dərmanın adının deyil, tərkibinin əsas olduğunu dərk etsələr, onlara verilmiş hüquqdan istifadə edərək həkimlərdən reseptlərdə təsiredici maddənin adının yazılmasını tələb etsələr, axtardıqları dərmanları də qısa müddət ərzində taparlar. Hətta bir deyil, bir necə adla. Demək, problemin həlli üçün insanların bu dəyişiklikləri, dərmanların adlarını deyil, onların tərkiblərinin önəmli olmasını dərk etmələri lazımdır.

Baş nazirin mavini Əli Əhmədovun da "Vətəndaşlar, yəqin ki, müəyyən adda olan dərmanlara alışıblar, eyni tərkibdə olan digər dərmanlara bir qədər ehtiyatla yanaşırlar. Bunu başa düşürəm. Amma müəyyən bir müddət keçməlidir ki, vətəndaşlar dərmanın adının deyil, tərkibinin əsas rol oynadığını dərk etsinlər. Bundan sonra problem aradan qalxacaq" söyləməsi də göstrərir ki, problemin həlli yalnız insanların özlərindən, düşüncələrini dəyişmələrindən asılıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əli Əhmədov dərman qıtlığından danışdı

    Əli Əhmədov dərman qıtlığından danışdı ...

    21-11-2015, 17:38

  • 
  • Dərmanların süni bahalaşmasının qarşısını almaq üçün yeni TƏKLİF

    Dərmanların süni bahalaşmasının qarşısını almaq ...

    3-02-2016, 14:06

  • 
  • Deputat prezidentin qərarına qarşı “Avromed” dərmanı ucuzlaşdırmır, apteklərdə bahalaşma davam edir

    Deputat prezidentin qərarına qarşı “Avromed” ...

    3-05-2015, 14:02

  • 
  • ABŞ-dan Bakıya gələn vətəndaşlarına ŞOK müraciət: “Azərbaycanda apteklərdən dərman almayın, tibbi əməliyyat etdirməyin!”

    ABŞ-dan Bakıya gələn vətəndaşlarına ŞOK müraciət: ...

    31-10-2017, 15:08

  • 
  • Dərmanların qiyməti ilə bağlı açıqlama

    Dərmanların qiyməti ilə bağlı açıqlama ...

    10-05-2015, 14:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu